İŞİD İraqın ən iri su bəndini ələ keçirdi - qeyri-insani hədə

18:09 | 05.07.2014
İŞİD İraqın ən iri su bəndini ələ keçirdi - qeyri-insani hədə

İŞİD İraqın ən iri su bəndini ələ keçirdi - qeyri-insani hədə

“İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşma İraqın mühim strateji obyektini ələ keçirməyə çalışır. 

AzNews.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, İŞİD Dəclə çayı üzərindəki ölkənin ən iri su bəndlərindən olan “Şamarra”nı nəzarətə götürdükdən sonra Fərat üstündə olan “Hadiseni”də tutmaq istrəyir. 

İraqın hökumət nümayəndələri deyir ki, İŞİD adıçəkilən su bəndələri ilə onları təhdid edir: “Bəndin qapaqları açılarsa, Mosulu 20 metr hündürlüyündə dalğalar batıracaq. Bu bəndlər İraq və Suriya üçün mühim əhəmiyyət daşıyır. İŞİD qruplaşması hazırda Dəclə çayı üzərindəki Şamarra bəndini nəzarətdə saxlayır. Qruplaşma 8 kilometr uzunluğundakı “Hadisə” bəndini də ələ keçirmək istəyir. İŞİD “Hadisə” su elektrik stansiyasını ələ keçirərsə, paytaxt Bağdadın elektrik enerjisi ilə təminatında problem olacaq. Çünki bu bənd İraqın elektrik enerjisinin 30 faizini təmin edir”. 

Məlumatda o da qeyd olunub ki, İŞİD-in ən qorxunc ssenarisiu isə “Haidsə” ilə bağlıdır: “İŞİD bu bəndi ələ keçirərsə şiələrin sıx yaşadığı bölgələr susuz qalacaq”. 

Mütəxəssislər belə hesab edir ki, bəndləri əlində saxlayan qruplaşma, asan şəkildə Bağdadı da tuta biləcək. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM