İŞİD neftdən günə 3 milyon gəlir əldə edir

12:30 | 03.08.2014
İŞİD neftdən günə 3 milyon gəlir əldə edir

İŞİD neftdən günə 3 milyon gəlir əldə edir

“İslam Dövləti” (İŞİD) terror qruplaşması ələ keçirdiyi neft yataqlarından hər gün orta hesabla 3 mln dollar gəlir əldə edir.

Bu barədə ABC News telekanalına müsahibəsində Dubayda fəaliyyət göstərən INIGMA analitik mərkəzinin tədqiqat layihələrinin rəhbəri, enerji məsələləri üzrə tanınmış ekspert Robin Mils bildirib.   

Onun sözlərinə görə, bir müddət əvvəl yayılan açıqlamada bildirilmişdi ki, “İslam Dövləti” qruplaşması neftin satışından hər gün 1 mln gəlir əldə edir. R.Milsin sözlərinə görə, bu məbləğə yalnız İraq ərazisindəki neft yataqlarından əldə olunan gəlirlər daxildir.

“Qeyd olunan məbləğə “İslam Dövləti”nin Suriya ərazisindəki neft yataqlarından əldə etdiyi gəlirləri də əlavə edildikdə, terror qruplaşmasının gündəlik ümumi gəlirləri 3 mln dollar təşkil edir”, deyə ekspert vurğulayıb.  

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb