İŞİD ordusu üçdə bir hissəsini itirib - ABŞ-dan açıqlama

11:14 | 04.06.2015
İŞİD ordusu üçdə bir hissəsini itirib - ABŞ-dan açıqlama

İŞİD ordusu üçdə bir hissəsini itirib - ABŞ-dan açıqlama

ABŞ-ın liderliyi ilə İŞİD-ə qarşı aparılan 9 aylıq hərbi əməliyyatların statistikası açıqlanıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ xarici işlər nazirinin yardımçısı Antoni Blinken 10 mindən çox İŞİD döyüşçisinin öldürüldüyünü bildirib. O, bu açıqlamanı Fransada İŞİD-lə bağlı keçirilən iclasdan sonra jurnalıstlərə verib. Nazir köməkçisi hava hücumlarının daha effektiv nəticələrlə nəticələndiyini, terror təşkilatın böyük itkilər veridyini qeyd edib: "Dəqiqi rəqəm verməyi Pentaqon düzgün hesab etmir, baxmayaraq ki, bu daha önəmlidir. ABŞ Müdafiə Nazirliyinin əsas məqsədi terror təşkilatını məhv etməkdir, öldürülən döyüşçülərin statistikasını vermək o qədər də əsas deyil".

ABŞ kəşfiyyat idarəsi CİA ötən sentyabr ayında İŞİD sıralarında 30 min civarında döyüşçülərin olduğunu bildirmişdi. Əgər Blinkenin açıqladığı rəqəm doğrudursa, o zaman bu, terror təşkilatın üçdə bir hissəsinin məhv olması deməkdir.





 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM