“İŞİD"in girov götürdüyü azərbaycanlılardan xəbər var

10:43 | 20.06.2014
“İŞİD"in girov götürdüyü azərbaycanlılardan xəbər var

“İŞİD"in girov götürdüyü azərbaycanlılardan xəbər var

“İŞİD” silahlıları İraqın şimalında 4 gün əvvəl girov götürdükləri əcnəbi fəhlələrdən 48-ni azad ediblər.APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” “Assoşieyted Press”ə istinadən məlumat yayıb. Qeyd edək ki, “İraq-Şam İslam Dövləti” qruplaşmasının dəstələri 4 gün əvvəl Kərkük şəhəri yaxınlığında tikilməkdə olan hospitala hücum edərək obyektdə çalışan 60 əcnəbi fəhləni girov götürüblər. Bəzi məlumatlara görə, girov götürülənlər Türkiyə, Azərbaycan, Pakistan, Banqladeş, Nepal və Türkmənistan vətəndaşlarıdır.   “İŞİD silahlıları Girov götürülən şəxslər Kərkük və Tikrit şəhərlərinin arasında yerləşən nəzarət-buraxılış məntəqəsində polis əməkdaşlarına təhvil veriblər”, deyə  “Assoşieyted Press” agentliyi polis generalı Torhan Əbdülrəhmana istinadən məlumat yayıb.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti