• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

İslam dini qohum evliliklərinin qadağasına qarşıdırmı? - Açıqlama

İslam dini qohum evliliklərinin qadağasına qarşıdırmı? - Açıqlama
11.06.2024 15:07
Tibb və elm qohum evliliklərini sağlamlıq baxımdan doğru hesab etmirsə, din də bunu doğru saymır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.  

"Sağlamlıq əsasdır. Din fiziki və psixoloji durumu nəzərə alaraq tibb və elmin tərəfindədir. Xristian ölkələrində yaxın qohumlar(xala qızı, bibi qızı, dayı qızı) bacı-qardaş statusundadır. Onlarda bu adət olmadığına görə qanun kimi qəbuluna da ehtiyac qalmır. Amma İslamda bəziləri bu icazələri Allahın əmri kimi başa düşür. Dövrün şərtlərinə görə islamın qaydaları dəyişə bilir. 8-ci əsrdə 14 yaşında şəxs ailə qururdusa, bu gün bu anormal haldır”,  - İsmayılov iyunun 11-də Milli Məclisin Ailə,Qadın və Uşaq komitəsinin iclasında  Ailə Məcəlləsində, Azərbaycan Respublikasının  Cinayət   Məcəlləsində  və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib. 

Komitə rəsmisi vurğulayıb ki, rəsmi nikah olmadan kəbin kəsən din xahimləri rəsmi təyinat almayan şəxslərdir və bu cür hallar qəbuledilməzdir. 

İsmayılov bildirib ki, hazırda Dövlət Komitəsinin axundlarının sayı mindən çox deyil.
 
Gülnar Nazimqızı
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Cəmiyyət 23:26
İmişli hadisələrinə görə saxlanılanlara hökm oxunub
Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Cəmiyyət 21:47
Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib
Astarada yeniyetmə su anbarında boğularaq ölüb
Cəmiyyət 21:29
Astarada yeniyetmə su anbarında boğularaq ölüb
“Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxılıb
Cəmiyyət 20:12
“Sputnik Azərbaycan”ın beş əməkdaşı sərbəst buraxılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:23
Faktiki hava açıqlanıb
DYP hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 18:08
DYP hərəkət iştirakçılarına müraciət edib
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Cəmiyyət 17:49
Ötən ay 17 aptekdə yoxlama aparılıb
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Cəmiyyət 17:22
Bakıda təmirə görə bu yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Cəmiyyət 16:58
Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol