İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinən Elçin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !