Beynəlxalq Dopinq Test Agentliyi İsrail ağır atleti Stanislav Maznitsını 2 il müddətinə diskvalifikasiya edib. "Report"un "Israel Hayom"a istinadən məlumatına görə, agentlik bu addımı Moskva antidopinq laboratoriyasının məlumat bazasına əsasən atıb.
İdmançının kənarlaşdırılmasına səbəb olan dopinq testi 2014-cü il noyabrın 15-də Rusiya çempionatı zamanı götürülüb. Diskvalifikasiya qərarı bu il oktyabrın 8-dən etibarən qüvvəyə minib.
İsraili Ağır Atletika Federasiyası idmançının yarışlardan uzaqlaşdırılmasına etiraz etmək niyyətindədir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !