Misli Premyer Liqasının XV turunda üz-üzə gələn "Neftçi" və "Qarabağ" komandaları arasında derbi oyunu başa çatıb.
"Neftçi Arena"da keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın heyətində qolları Leandro Andrade (2 qol) və Nəriman Axundzadə vurublar.
Bu nəticədən sonra xallarını 37-yə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyə yüksəlib. "Neftçi" isə 13 xalla 7-ci sırada qalıb.
13:01
Bu gün Azərbaycan Premyer Liqasında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
Qarşılaşma "Neftçi Arena"da baş tutacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !