İsrail parlamentində "erməni soyqırımı"nın tanınması müzakirə ediləcək

15:50 | 04.07.2016
İsrail parlamentində

İsrail parlamentində "erməni soyqırımı"nın tanınması müzakirə ediləcək

Uydurma "erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ İsrail Knessetinin gündəliyinə daxil edilib.
 
APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bu məsələ Knessetin sabah keçiriləcək iclasında müzakirə olunacaq.
 
Erməni Apostol Kilsəsinin Yerusəlim yeparxiyasının nümayəndəsi Koryun ata bildirib ki, iyulun 5-də erməni və yəhudilərdən ibarət qrupun Knessetin qarşısında "soyqırım”ın tanıması tələbi ilə etiraz aksiyası keçirəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM