• $ 1.7
  • € 1.9328
  • ₽ Array
  • ₺ 0.0447
  • £ 2.2559

İsraildə Azərbaycan Mədəniyyət Günləri keçirilib - FOTO

İsraildə Azərbaycan Mədəniyyət Günləri keçirilib - FOTO
21.11.2013 17:06

İsraildə Azərbaycan Mədəniyyət Günləri çərçivəsində “Azİz” Beynəlxalq Assosiasiyasının fəalları Rehovot şəhərinin ictimaiyyəti ilə görüşüb.

Mədəniyyət günləri Heydər Əliyev Fondunun dəstəyi ilə “Azİz” Assosiasiyası tərəfindən təşkil olunub.

Assosiasiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə Kiryat-Ekron şəhərinin meri Xovev Tsabari, Rehovot şəhər şurasının deputatı Efim Zaika, İsrailin Miqrasiya Nazirliyinin baş direktoru Oded Forer və Bakıdan dəvət olunmuş Azərbaycan Dillər Universiteti nəzdində olan İsrail Mədəniyyət Mərkəzinin direktoru Emiliya Rzaeva iştirak edib.

İsrailliləri Azərbaycanın Xocalı şəhərində baş verən qanlı faciə ilə tanış etmək məqsədilə “Azİz” “Justice for Khojaly” sənədli səyyar fotosərgisini təşkil edib. Tədbiri beynəlxalq münasibətlər üzrə ekspert, “Azİz” idarə heyətinin üzvü Arye Qut Xocalı faciəsi barədə emosional və informativ məruzə ilə çıxış edib. O vurğulayıb ki, görünməmiş barbarlığın nümayiş olunduğu Xocalı qətliamı 20-ci əsrin ən dəhşətli faciələrindən biri olub.

“Bu faciənin bu gün nümayiş etdiyimiz qəddar və amansız səhnələri həmişəlik Azərbaycanın ürəyində sağalmaz yara olaraq qalacaq. Soyuq qış gecəsi erməni faşistləri qoca və uşaq olmasına baxmadan 613 nəfəri öldürüblər, onlardan çoxu ancaq azərbaycanlı olduğuna görə ağır əzablara, təhqirlərə və həqarətlərə məruz qalıb. Xocalı qətliamı – bütün insanlığa qarşı cinayətdir”, - deyə bəyan edib.

O qeyd edib ki, Xocalı faciəsi Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasətinin mərhələlərindən biri olub:

“Günahsız insanlara qarşı barbarlığın və amansızlığın izahı yoxdur. Bu dəhşətli faciə heç vaxt unudulmamalıdır”.

İştirakçıların əksəriyyəti üçün bu məlumat tamamilə yeni xəbər olub, insanlar bu dövrdə belə vəhşiliyin həyata keçirilməsindən dəhşətə gəliblər. Daha sonra Arye Qut Azərbaycan tarixi, müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikası dövrü, ölkənin tarixində və mədəniyyətində yəhudilərin rolu, bugünkü möhtəşəm inkişaf, zəngin mədəniyyət, Azərbaycan iqtisadiyyatının görünməmiş inkişaf tempi barədə danışıb.

Gecənin kulminasiyası Azərbaycan klassik musiqisinin korifeyləri Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyevin əsərlərinin səsləndirildiyi Leonid Barştakın rəhbərliyi altında simli alətlər kvartetinin konserti olub. Auditoriya heyranlıqla Azərbaycan dilində ariyalar ifa edən gənc opera ifaçısı Miryam Hacıyevanın çıxışını dinləyib. Daha sonra tədbir iştirakçıları bütün dünyada tanınan şirniyyat firması “Natali”nin təklif etdiyi şirniyyatların dadına baxıblar.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Mədəniyyət 16:21
Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək
Şamil Buksayev vəfat edib
Mədəniyyət 23:30
Şamil Buksayev vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol