İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Elm İdarəsi Qalata körpüsündə baxım və təmir işləri aparacaq.
İstanbulda baş verə biləcək zəlzələ üçün körpünün hazırlanması məqsədi daşıyan işlərin birinci mərhələsi avqustun 13-ü bazar günü saat 00.00-da başlayacaq. 40 gün ərzində nəqliyyatın hərəkəti alternativ yollarla təmin ediləcək.
İBB 1994-cü ildə inşa edilən 490 metr uzunluğunda və 42 metr enində Yeni Qalata körpüsündə işlərə başlanacağını açıqlayıb.
Qeyd edilib ki, tramvay xəttini daşıyan körpü 29 il sonra həyata keçiriləcək "Asfalt Dəyişdirilməsi və Yenilənməsinin Birgə Tikintisi” ilə mümkün İstanbul zəlzələsinə hazırlanacaq.
Qalata körpüsü təmir işləri ilə əlaqədar 40 gün bağlı olacaq. Bağlanmadan bir gün əvvəl bölgədəki tacirlərə məlumat SMS göndəriləcək. İşlər tramvay yollarına təsir etməyəcək. Müəyyən müvəqqəti marşrutlarda avtobus xidməti həyata keçiriləcək
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !