Yanvarın 28-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbir-sərgi təşkil keçiriləcək.AzərTAc xəbər verir ki, prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli sərəncamına uyğun olaraq keçiriləcək tədbir-sərgidə tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş etdiriləcək.Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, professor Şirməmməd Hüseynov, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova, tarixçi Ədalət Tahirzadə və M.Ə.Rəsulzadənin nəvəsi rəssam Rəis Rəsulzadə çıxış edəcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !