İsveç şahzadəsi ailə həyatı qurub.

17:30 | 14.06.2015
İsveç şahzadəsi ailə həyatı qurub.

İsveç şahzadəsi ailə həyatı qurub.

36 yaşlı İsveç şahzadəsi Karl Filipp ailə həyatı qurub. 

ANN.Az Dailymail-ə istinadən məlumatına görə, şahzadə eks-yoqa müəlliməsi və realiti-şou iştirakçısı olan model Sofin Hellkvist ilə evlənib. 

Toydan sonra Sofin Hellkvist kral ailəsinin titulunu qazanacaq. O, bundan sonra xeyriyyə işləri ilə məşğul olacağını açıqlayıb. 

5 il sevgili həyatı yaşayan cütlük 2014-cü ilin iyununda nişanlanıblar. Toy mərasimi Stokholmun kral sarayındakı Slottsçürka kilsəsində baş tutub.
Filipp Kral XVI Karl Qustavın yeganə oğludur. Toy daha çox ailə məclisi kimi təşkil olunsa da, mərasimə 400-dən artıq yüksək rütbəli şəxs də qatılıb.
 










www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb