İsveçin Müvəqqəti İşlər Vəkili Musiqili Teatrda oldu - Fotolar

19:45 | 11.12.2015
İsveçin Müvəqqəti İşlər Vəkili Musiqili Teatrda oldu - Fotolar

İsveçin Müvəqqəti İşlər Vəkili Musiqili Teatrda oldu - Fotolar

İsveç Krallığının Bakıdakı Müvəqqəti İşlər Vəkili Tomas Danestad Azərbaycan Dövlət Musiqli Teatrında olub.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, cənab Tomas Danestadı Dövlət Musiqli Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Öncə mötəbər qonaq Musiqili Teatrın binası ilə – ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış bənzərsiz şəraitlə tanış olub. Cənab Tomas Danestad Əliqismət Lalayevə teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu və çağdaş dünya standartlarına tam cavab verdiyini bildirib. Sonra səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Əliqismət Lalayev Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ölkə teatr sənətinin, ümumilikdə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün çox mühüm işlər gördüyünü vurğulayıb.
 
Teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı mötəbər qonağın diqqətinə çatdırılıb.
Habelə görüş zamanı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Belə səmərəli təkliflərdən biri də yaradıcılıq mübadiləsi ilə bağlı olub. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və İsveç Krallığına dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı ilə bağlı məsələlərə, qarşılıqlı səfər və qastrolların təşkilinə toxunulub. Əliqismət Lalayev 130 illik yubileyini qeyd etdiyimiz dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettasının azərbaycanlı mütəxəssislər tərəfindən İsveç teatrlarından birində hazılanmasını təklif edib. İsveç Krallığının Bakıdakı Müvəqqəti İşlər Vəkili Tomas Danestad bunun çox dəyərli bir ideya olduğunu və bu ideyanın baş tutması üçün çalışacağını bildirib.
 
Sonda bu cür görüşlərin və qarşılıqlı əməkdaşlığın xalqlarımız arasındakı mədəni əlaqələrin və münasibətlərin inkişafında xüsusi rol oynadığı qeyd olunub.
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM