Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR

20:54 | 19.11.2016
Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR

Fransa Mədəniyyət Mərkəzində kitab təqdimatı - FOTOLAR

Bu gün Fransa Mədəniyyət Mərkəzində fransalı yazar Jan-Feliks dö la Vil Boqe-nin "Tanrı başqa tərəfə baxırdı" kitabının təqdimat mərasimi keçirilib.

ANN.Az xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Mədəniyyət Mərkəzinin (Institut Français d'Azerbaidjan) direktoru Maurice Rufin və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə səfir A.Buşez açıb. Daha sonra yazıçı kitab haqqında qısa məlumat verib:

"Kitabda Rusiyada baş verən çar inqilabı zamanı baş verən hadisələrdən və əsərin qəhramanı və nağıl edəni  Vladimir Vladimiroviçin faciəvi taleyindən bəhs edilir. Üç köməkçisi  ilə əlbir olaraq Rasputinin qətlini törədən bütün Russiyanın keçmiş Böyük Hersoqu olan Vladimir Vladimiroviç beləlikə özünün və öz ətrafının süqutuna səbəb olur.  Parisə  sürgün edilərək Coco Şanelin məşuqu olan  V.Vladimiroviç öz faciəvi taleyindən qaça bilmir. O öz hekayəsini İsveç sanatoriyasından vərəmə yoluxduğu bir vaxtda nağıl edir", - deyə bildirib.

Təqdimat mərasiminin sonunda yazıçı qonaqlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, fransız yazar Jan-Feliks dö la Vil Boqe  Kambocada siyasi xadim müşaviri vəzifəsində, Parisdə vəkil, Uqanda,  Dərfur və Çeçenistanda humanitar  missiyalarda çalışıb. Hazırda Moskvada  yerləşən  Novi Vek Media  nəşriyyat evinin və  "Courrier de Russie” qəzetinin rəhbəri vəzifəsini icra edir.

Orxan Aslanlı
 












 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb