İsveçrəli müğənni Sofi de Kua Bakıda konsert verəcək

14:11 | 18.09.2024
İsveçrəli müğənni Sofi de Kua Bakıda  konsert verəcək

İsveçrəli müğənni Sofi de Kua Bakıda konsert verəcək

İsveçrəli müğənni Sofi de Kua Bakıda bu ölkənin Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Rəşid Behbudov Mahnı Teatrında konsert verəcək.
 
O, İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması məqsədi ilə dünya turu çərçivəsində Bakıda səhnəyə çıxacaq.
 
O, daha böyük konsert proqramı ilə sentyabrın 19-da saat 20.00-da Atelier 61 Tədbirlər Zalında çıxış edəcək. 
 
Bu konsert üçün biletləri şəhər satış məntəqələri və ya iticket.az saytından əldə etmək olar.
 
Sofi həmçinin 19 sentyabrda Azərbaycan Milli Konservatoriyasında təlim keçəcək.
 
İsveçrədə doğulan Sofi de Kua Sinqapur və Nyu-Yorkda böyüyüb. O, Parisdə musiqi məktəbini bitirib, Mandarin və Şanxay dillərində danışmağı və oxumağı öyrənib. Sofi öz musiqisindən və sözlərindən mədəniyyətlər, nəsillər, düşüncələr, sadəcə insanlar arasında körpülər qurmaq üçün istifadə edir.
 
Azərbaycan onun çıxış etdiyi 16-cı ölkə olacaq. Çoxsaylı alətlərdə ifadə etmək bacarığına və istedadına görə "Ahtapot adam” ləqəbi qazanan Simon Jakkardla birlikdə onlar Livan, İsveçrə, Belçika, ABŞ, Çin, Hindistan, Sinqapur, Yaponiya, Yaponiya, Rumıniya, Polşa, Türkiyə, İtaliya, Fransa, İspaniya və Böyük Britaniya kimi ölkələrdə çıxış ediblər. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM