Bu il noyabrın 30-da İsveçrədə mühacirlərin sayının azaldılması mövzusunda yeni referendum keçiriləcək.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda ölkənin Federal Şurası (hökuməti) qərar qəbul edib.
Bir müddət öncə İsveçrənin Ekologiya və Əhali uğrunda Birlik «Əhalinin sayının artırılmasını dayandırmalı» təşəbbüsü ilə çıxış edib. Ekoloqlar mühacirlərin axınını azaltmaq hesabına ölkə əhalisi sayının üç il ərzində azı 0,2 faiz artımını saxlamağı təklifini irəli sürür.
Təşəbbüs müəllifləri ehtimal edir ki, bu yolla təbii ehtiyatları uzun müddətə qorumaq mümkündür.
Xatırladaq ki, İsveçrədə yaşayan əcnəbiləri arasında çoxluğu italiyalılar təşkil edir. Onların sayı 292 mindir. Sonrakı yerlərdə bu ölkələr gəlir: Almaniya - 282,5 min nəfər , Portuqaliya 234 min, Fransa 101,5 min, Serbiya 97,2 min.
ANN.Az