• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

İtaliyada 104 yaşlı qoca iki ölümcül virusa qalib gəlib

İtaliyada 104 yaşlı qoca iki ölümcül virusa qalib gəlib
06.04.2020 21:30
Koronavirusun geniş yayıldığı İtaliyanın Biyella şəhərində yaşayan 104 yaşlı Ada Zanusso koronavirusdan sağalıb.

"Report” "TRT Haber”ə istinadən xəbər verir ki, koronavirusun qadının qalib gəldiyi yeganə ölümcül xəstəlik deyil.

A.Zanusso daha öncə 1918-1920-ci illərdə on milyonlarla insanın həyatına son qoyan ispan qripinin də öhdəsindən gəlib.
Məlumata görə, 104 yaşlı qadın martın 17-də koronavirus simptomları ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, İtaliyada koronavirus qurbanlarının sayı 16 minə çatır. Rəsmi məlumata görə, hazırda İtaliyada 91 246 aktiv koronavirus daşıyıcısı var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 284 000-i ötüb. Bunların 271 221 nəfəri sağalıb, 70 320 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Suriyanın gerbi dəyişir
Dünya 00:50
Suriyanın gerbi dəyişir
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
Dünya 00:22
Moskva Əfqanıstan İslam Əmirliyini tanıyıb
İran hava məkanını açıb
Dünya 00:10
İran hava məkanını açıb
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Dünya 23:36
Polşa iki ölkə ilə sərhədə minlərlə hərbçi göndərir
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Dünya 22:13
Macarıstan səfiri Ukrayna XİN-ə çağırılıb
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Dünya 20:35
Putin və Tramp arasında telefon danışığı başa çatıb - Yenilənib
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
Dünya 19:42
Uitkoff Araqçi ilə görüşməyi planlaşdırır
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Dünya 18:50
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
CENTCOM rəhbəri İsrailə səfər edib
Dünya 18:30
CENTCOM rəhbəri İsrailə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol