İtaliyanın həvəskarlar liqasında çıxış edən "Kuincentole" klubunun futbolçusu Dimitri Roveri oyun vaxtı dünyasını dəyişib.
Buna kapitanın infarkt keçirməsi səbəb olub. Hadisə "Kazalpolyo"ya qarşı matçda baş verib. Huşunu itirərək yerə yıxılan 27 yaşlı oyunçu dərhal Milan şəhərindəki "San-Raffaela" xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
O, bir müddət öncə sentyabrda ata olacağını açıqlamışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !