TDT-yə üzv Dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında açılış nitqi ilə çıxış edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Ali Məhkəmənin sədri Mehmet Akarca, ədliyyə naziri Yılmaz Tunç, TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev və Ağsaqqal Şurasının sədri Binəli Yıldırım iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəyini bildirib. TDT Baş Prokurorları Şurasının 2-ci toplantısının Türkiyənin qurulmasının 100 illiyi ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyəti qeyd edilib.
Kamran Əliyev üç il əvvəl Azərbaycan torpaqlarının otuz illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini vurğulayıb.
Bu ilin 15 oktyabr tarixində isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ölkəmizin üçrəngli bayrağının əzəli torpaqlarımız olan Ağdərə, Xocavənd, Xocalı, Əsgəran və nəhayət Xankəndidə qaldırıldığı qeyd olunub.
İclasın sonunda Ankara bəyanatı qəbul edilib, növbəti iclasın Qırğızıstanda keçirilməsi qərara alınıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !