• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Kapital Bank beynəlxalq tədbirlərdə iştirak edib

Kapital Bank beynəlxalq tədbirlərdə iştirak edib
18.10.2017 12:17
Kapital Bank 16-19 oktyabr tarixlərində Torontoda keçirilən ənənəvi SIBOS – 2017 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edib. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədrinin birinci müavini Fərid Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirlərdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunublar. SIBOS sərgisi bu il 4 əsas istiqaməti əhatə edib: Bankçılıq, Komplayens, Qiymətli Kağızlar və Texnologiyalar. Mütəxəssislər "Gələcəyin Qurulması" ("Building for the Future”) mövzusunda olan konfransda, maliyyə sektorunda baş verən dəyişikliklər, kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr ediblər. Səfər çərçivəsində həmçinin Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq, illik yığıncaqda iştirak edib.

"Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri ilə görüşlərimiz oldu. Əsasən banklararası müxbir əlaqələrin qurulması, xəzinədarlıq, qiymətli kağızlar, maliyyə cinayətlərinin qarşısının alınması və valyuta riskləri sahəsində fikir mübadilələri apardıq. Bu ilki tədbirin əsas prioritet istiqamətlərindən biri həmçinin informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Əminəm ki, belə tədbirlərdə iştirak Kapital Bank-ın beynəlxalq əməkdaşlığının inkişafına təkan verəcək” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
İqtisadiyyat 14:21
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
İqtisadiyyat 11:20
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 10:34
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:15
Qızılın qiyməti bahalaşıb
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
İqtisadiyyat 10:07
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
İqtisadiyyat 10:07
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
İqtisadiyyat 10:06
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
Azərbaycan 2026-cı il büdcə gəlirlərini $65 neft qiyməti əsasında formalaşdırıb
İqtisadiyyat 09:58
Azərbaycan 2026-cı il büdcə gəlirlərini $65 neft qiyməti əsasında formalaşdırıb
2025-ci ildə dövlət borcu azalacaq
İqtisadiyyat 09:56
2025-ci ildə dövlət borcu azalacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol