• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02187
  • ₺ 0.0393
  • £ 2.2844

Kapital Bank-ın COP29 gündəliyi: Yaşıl gələcək üçün yeni perspektivlər yaratmağa davam edirik

Kapital Bank-ın COP29 gündəliyi: Yaşıl gələcək üçün yeni perspektivlər yaratmağa davam edirik
16.11.2024 13:39
İqlim dəyişikliyi ilə mübarizə məqsədi daşıyan, dünya liderləri, alim və mütəxəssisləri bir araya gətirən ən vacib qlobal tədbirlərdən biri, BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı COP29 uğurla davam edir. Ölkənin birinci bankı Kapital Bank konfransda Paşa Holding nümayəndə heyətinin tərkibində iştirak edir. Tədbirin Yaşıl zona hissəsində Kapital Bank-a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar. 

Eyni zamanda bankın rəsmi nümayəndələri təşkil edilən panellərdə aktiv olaraq iştirak edirlər. Ötən gün Kapital Bank-ın təşkilatçılığı ilə "Azərbaycanda Dayanıqlı KOS mühiti” mövzusunda panel müzakirəsi baş tutub. "Deloitte Azərbaycan”ın  Vergi və Hüquq Praktikasının rəhbəri Nuran Kərimovun moderatorluğu ilə keçirilən müzakirədə Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Paşa Bank-ın Korporativ və İnstitusional Bankçılıq sahəsinin lideri Fərid Quliyev, "BİOROPEAN MMC”nin direktoru Emin İlyas iştirak edib. Panel zamanı yeni ideyalar, sahibkarların problemləri, çıxış yolları, bu istiqamətdə dövlət və özəl tərəfdaşlığı kimi məqamlar müzakirə edilib. Çıxışında yaşıl iqtisadiyyatı dəstəkləyən ideyaların maliyyələşdirilməsinə toxunan Fərid Hidayətzadə bu mövzudakı perspektivlərdən danışıb. 

Bu gün isə bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov "Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən panelə spiker olaraq qatılıb. O, rəqəmsallaşma mövzusunda Kapiatl Bank-ın təcrübəsini və şəxsi yanaşmasını iştirakçılarla bölüşüb. "Rəqəmsal transformasiyaya keçid perspektivindən baxdıqda hər bir şirkətin bəlli bir strategiyası və məsələyə individual yanaşması olmalıdır. Burada vacib olan dayanıqlılıq prinsipinin həm biznesin inkişafına xidmət etməsi, həm də təbiətə fayda verməsini təmin etməkdir. Bu istiqamətdə edilən investisiyalar və təşəbbüslər müştərilərlə yanaşı, ətraf mühitə də xidmət etməlidir. Vacib olan bu balansı doğru idarə edə bilməkdir”.  

"Dayanıqlı rəqəmsallaşma” mövzusunda keçirilən daha bir paneldə isə Kapital Bank-ın Ödəniş Sistemləri ofisinin lideri Zakir Xanməmmədov spiker qismində iştirak edib. O, çıxışında verilənlərin analitikası, bankın tətbiq etdiyi rəqəmsal həllər, bu həllərin ekologiyaya qatqısı kimi məqamlara toxunub. 
Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək tədbirdə iştirak edə bilər. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti tarixi maksimumu yeniləyib
İqtisadiyyat 22:40
Qızılın qiyməti tarixi maksimumu yeniləyib
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
İqtisadiyyat 17:20
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Planlarınıtəxirəsalma:YeloBank-dasərfəliqızılkreditikampaniyasıdavamedir
İqtisadiyyat 17:19
Planlarınıtəxirəsalma:YeloBank-dasərfəliqızılkreditikampaniyasıdavamedir
Deputat: Fermerlər üçün uzunmüddətli və aşağıfaizli kreditlər qanunla tənzimlənməlidir
İqtisadiyyat 16:32
Deputat: Fermerlər üçün uzunmüddətli və aşağıfaizli kreditlər qanunla tənzimlənməlidir

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxal artırıb
İqtisadiyyat 13:17
Gürcüstan Azərbaycandan elektrik enerjisi idxal artırıb
Respublika üzrə yanvarın pensiya ödənişi yekunlaşıb
İqtisadiyyat 12:33
Respublika üzrə yanvarın pensiya ödənişi yekunlaşıb
SOCAR "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 % iştirak payı alıb
İqtisadiyyat 10:51
SOCAR "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 % iştirak payı alıb
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 10:22
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:47
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol