• $
  • €
  • ₽
  • ₺
  • £

«Kartdan karta göndər» deyən obyektləri 6 000 manat cərimə gözləyir

«Kartdan karta göndər» deyən obyektləri 6 000 manat cərimə gözləyir
31.07.2024 12:15
Azərbaycanda son dövrlər nağdsız ödənişlərdən yayınmanın ən populyar üsuluna çevrilmiş pulun kartdan karta göndərilməsini istəyən obyektləri sərt cəzalar gözləyir.


FED.az xəbər verir ki, son dövrlər həm nağdsız ödənişlərin genişləndirilməsi və plastik kartlardan istifadənin artırılması ilə bağlı ciddi islaharar aparılıb. Bu addımlar şəffaflığa, «kölgə iqtisadiyyatı»nın azalmasına və ödənişlərin dövlət büdcəsinə vaxtında çatdırılmasına xidmət edir. Ən əsası, nağdsız ödənişlər vətəndaşlar üçün rahat və sadə olmaqla yanaşı həm də sərfəlidir.

Vətəndaşlar nağdsız ödənişlərə görə bonuslar, hədiyyələr və əlavə mədaxil əldə edə bilirlər, nəticədə kartdan istifadəyə maraq sürətlə artır. Lakin son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində (restoran-kafelərdə) bəzi hallarda nağdsız ödənişlərin POS-terminalla deyil, «kartdan karta köçürmə» ilə tələb edilməsi halları artıb, bu qanun pozuntusu olmaqla yanaşı, həm də vətəndaşlara, alıcılara zərər vurur.


Alınan malı geri qaytarmaq mümkün olmur


Bir qdər əvvəl Dövlət Vergi Xidmətinin də bəyan etdiyi kimi, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürülməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Çünki belə hallarda müştəriyə POS-terminaldan çıxarış və ya kassa çeki verilmir. Halbuki, kassa çeki satışı təsdiqləyən sənəddir və alıcı aldığı maldan narazı olduğu halda bu çek vasitəsilə alqı-satqını təsdiqləyib hüququnu tələb edə bilir. Kartdan karta köçürmə variantında isə çek verilmir və beləcə alıcının gələcəkdə öz hüquqlarını tələb etmək imkanını məhdudlaşır.


«Kartdan karta» köçürəndə bonuslar və ƏDV əldən çıxır


Əsas məsələlərdən biri – kartdan karta pul köçürüləndə müştərilər "ƏDV geri al” hüququndan məhrum olurlar.


Nəhayət, son vaxtlar banklar da kart əməliyyatlarına görə müştərilərə bonus verirlər, amma bu postetminalla əmsəliyyatlara aiddir, «kartdan-karta» olan əməliyyatlarda müştərilər ƏDV kimi bonusları da itirirlər. Beləliklə, ödənişi POS-terminalla deyil, «kartdan karta» üsulu ilə edən alıcı daha çox öz büdcəsinə zərər vermiş olur. Buna görə də onlar mal və xidmət aldıqları obyektlərdə pos-terminal tələb etməlidirlər. 


«Kartdan karta köçürmə» - vergidən yayınmanın müasir üsuludur



Məsələ təkcə vətəndaşların ƏDV və bonus qazanmasında və ya aldıqları malı geri qaytarmaq imkanında deyil. «Kartdan karta köçürmə» üsulu faktiki olaraq vergidən yayınmanın yeni, necə deyərlər rəqəmsal üsuludur. Bunu edən sahibkarlar və obyektlər faktiki olaraq dövriyyələrini gizlədir və vergidən yayınırlar. Buna görə də Vergi Məcəlləsinə əsasən kartdan karta köçürmə qanun pozuntusu olaraq vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.


6 000 manata qədər cərimə


Posterminalların quraşdırılmaması, posterminal quraşdırılmış obyektlərdə isə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə 6 min manatadək cərimə nəzərdə tutulub.


Belə ki, bu hallara görə, hadisə ilk dəfə baş verdikdə 1000 manat, 2-ci dəfə baş verdikdə 3 000 manat, 3-cü və daha çox dəfə baş verdikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq edilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol