Kartof və soğanın qiymətinə görə ölkələrarası sıralamada Azərbaycan neçənci yerdədir?

10:58 | 06.02.2024
Kartof və soğanın qiymətinə görə ölkələrarası sıralamada Azərbaycan neçənci yerdədir?

Kartof və soğanın qiymətinə görə ölkələrarası sıralamada Azərbaycan neçənci yerdədir?

2024-cü ilin yanvarında Azərbaycan kartofun qiymətinə görə, bahalaşan sıra ilə 80 ölkə arasında 75-ci sırada qərarlaşıb. Bu barədə məlumat GlobalProductPrices.com-da qeyd olunub.
 
Bu sıralamaya görə, Azərbaycanda 1 kiloqram kartofun qiyməti 0,50 dollardır.

Həmin statistikada kartofunun qiyməti 5,06 dollar olan Honq Konq 1-ci, 4,36 dollarla Yaponiya 2-ci, 4,08 dollar ilə Filippin 3-cü, 3,28 dollarla Qana 4-cü, 3,01 dollar ilə Norveç isə 5-ci yerdədir.  Kartofu ən ucuz olan ölkə isə 0,41 dollar ilə Ukraynadır. 

Eyni zamanda Azərbaycan 1 kiloqram soğanın 0,35 dollar qiyməti ilə sıralamada 79 yerdədir.
 
Kartofun ən bahadan ucuza sıralamasında qonşu ölkələrdən Qazaxıstan 0,53 dollar ilə 74-cü, Rusiya 0,58 dollar ilə 79-cu, Türkiyə 0,58 dollar ilə 73-cü sıradadır.
 
Soğanın qiymətinə görə isə Qazaxıstan 0,32 dollarla 80-ci, Türkiyə 0,65 dollar ilə 73-cü, Rusiya 0,42 dollar ilə 77-cidir. 
 
Aygün Mirakif
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM