"Kasıblar bu xəstəliyə yoluxmasın" - "Bexterev" xəstəsindən ETİRAZ

"Bexterev" xəstəliyindən əziyyət çəkənlər "Skafo” iynəsi baha olduğu üçün xarici ölkələrdən sifariş edir, imkanı olmayanlar isə nəinki bu iynəni, heç bir dərmanı ala bilmir, bunu Anews.az-a açıqlamasında bu xəstəlikdən əziyyət çəkən Leyla Əliyeva (şərti ad red.) bildirib.
Leyla Əliyevanın 25 yaşı var. O, 5 ilə yaxındır ki, elmi adı Ankilozlaşan Spondilit olan bu xəstəlikdən əziyyət çəkir.
"2017-ci ildə "Bexterev" xəstəliyi diaqnozu qoyuldu və bu günə kimi müalicə alıram. Bu xəstəlik kasıblar üçün deyil, çünki çox pul tələb edir. Ona görə də tanrıdan diləyirəm ki, kasıbları bu xəstəliyə yoluxmasın. Bu xəstəliyin müalicəsində mütəmadi olaraq, "sulfasalazin” dərmanı istifadə olunur ki, onun da bir qutusunun qiyməti 15 manatdır. Aya 3 qutu gedir. Ağrıkəsici dərmanlardan "arkoksi” var. Qiyməti 51 manatdır. Mədə qoruyucu kimi "lansil” qəbul edirsən onun da qiyməti təqribən 11 manatdır. Kəskin hallarda "qarmanalni” iynə və dərmanlar istifadə olunur. Ən bahalı iynə "Skafo”dur ki, onun qiyməti 600 manatdır. Bu iynəni bexterevdən əziyyət çəkənlər ən azı 6 ay vurmalıdır. Ağır vəziyyətdə olan xəstələr var ki, bu iynəni illərlə vururlar. Ayda bir dəfə vurulan bir iynədir. Hələ bunun ildə azı iki dəfə müxtəlif tokları var. İki-üç aydan bir masajı var. Hər ay qaraciyərin, böyrəklərin və CRP-nin durumunu nəzarətdə saxlamaq üçün verilən qan analizləri var. İldə bir dəfə onurğa və çanağın MRT və rentgen müayinəsi tələb olunur. Bütün bunlar isə xəstəliyi sağaltmaq üçün deyil, çünki müalicəsi yoxdur, sadəcə olaraq mikrobun daha çox yayılmamasının qarşısını alır. Müalicə zamanı iltihabəleyhinə preparatlar, hormonlar, fizioterapiya, manual terapiya, massaj və müalicəvi bədən tərbiyəsi istifadə olunur. Xəstə hər gün xüsusi müalicəvi bədən tərbiyəsi ilə məşğul olmalıdır. Bu xəstənin vəziyyətini yaxşılaşdırır. Düzgün müalicə və bədən tərbiyəsi onurğanın tam hərəkətsizliyinin və skeletin digər hissələrinin deformasiyasının riskini azaldır. ”, – deyə o bildirib.
Leyla Əliyeva (şərti ad red.) vurğuladı ki, mütəmadi müalicə alınmadıqda onurğa praktik olaraq hərəkətsiz olur və xəstəni birinci qrup əlilliyə qədər gətirib çıxardır. Onun sözlərinə görə, müalicəsini axsatdığına görə hazırda ona əlillik təyin edilib.
"Qeyd edim ki, "Bexterev" xəstəliyi çox ağır xroniki irəliləyən bir xəstəlikdir. "Bexterev" xəstəliyi zamanı onurğanın fəqərələri arasında olan oynaqları iltihablaşır və nəticədə fəqərələr biri-biri ilə bitişir. Bu zaman onurğanın hərəkətliliyini xeyli azalır. Xəstəlik həmçinin daxili orqanlarda müxtəlif ağır pozulmalara səbəb olur – ürək-damar, böyrəklər, göz xəstəlikləri yaradır. Əgər xəstəliyin diaqnozu vaxtında qoyulmazsa və müalicə başlamazsa, onurğanın hərəkətliliyi xeyli pozula bilər və hətta onurğa öz hərəkətliliyini tam itirə bilər. 2 il ərzində dövlət xəstəxanasında onu səhv müalicə etdilər, ona görə də indi özəl klinikada müalicə alıram. Dövlət isə bir qəpik də kömək etmir. Dünyanın demək olar ki, çox yerində "Skafo” iynəsi xəstələrə tam pulsuz verilir, bir sıra yerdə isə ucuzdur. Bizdə 600 manata olan "Skafo” iynəsi Türkiyədə 340 manatadır. "Enbrel” iynəsinin qiyməti 150 manat, İranda isə 70 manatdır. "Sulfasalaz”inin bir aylıq istifadəsinə 45 manat veririk. Bu dərman Moskvada 5 manatdır, 1 aya 15 manat verməli olursan. Türkiyədə isə 4 manatdır. "Arkoks”i bizdə 51, Moskvada 28 manatdır. Hazırda 1 aylıq sadəcə müayinə xərclərimə təqribən 400 manat pulum çıxır, dərmanları da gec-gec tapırıq, tapanda da baha. Dövlət qiymətləri tənzimləməlidir", - deyə Leyla Əliyeva(şərti ad red.) əlavə etdi.
Dünyada bu xəstəliyə yoluxma tezliyi 0,6 faizlə 1,4 faiz arasındadır. Türkiyədə isə 0,5 faizdir. Yəni 200 nəfərdən 1-də bu xəstəliyə tutulma riski var. Azərbaycanda isə Bexterev"xəstəliyinin xüsusi statistikası aparılmır, bu Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Anews.az-ın "whatsapp" sorğusuna cavab olaraq bildirilib.
"Bu xəstəlikdən əziyyət çəkənlərin sayı sümük xəstəliklərinin ümumi statistikasında öz əksini tapır", - deyə ünvanladığımız sorğuda qeyd edilib.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun sözlərinə görə, hal-hazırda xəstəxanada bu xəstəlikdən bir nəfər yatır. Lakin illər ərzində adıçəkilən xəstəlikdən əziyyət çəkənlər müraciət edir və müalicə alırlar.
"Kliniki Tibbi Mərkəzdə bu xəstəliyin müalicəsi aparılır. Sağalmayan xəstəlikdir, amma burada təsiri odur ki, onların aktivlikləri artır, ağrıları nisbətən azalır. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar xəstəliklə bağlı müraciət edənlərin sayı əvvəlki illərə baxaraq daha da çoxalıb. Xəstəxanada yatdığı dövrdə masaj, müalicəvi bədən tərbiyəsi təyin olunur ki, bu da xəstəliyin irəli getməsinin qarşısını alır", - deyə mərkəzin sözçüsü əlavə etdi.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən anews.az-ın telefon zəngi sorğusuna cavab olaraq deyildi ki, sözügedən xəstəlik xidmətlər zərfinə daxil deyil və yaxın günlərdə əlavəsi gündəliyə aid edilməyib.
"Bexterev" xəstəliyinin müalicəsində istifadə olunan dərmanların qiymətini öyrənmək üçün paytaxt aptekləri ilə əlaqə saxladıq. Lakin danışdığımız 10 aptekin heç birində xəstəliyin müalicəsi üçün gərəkli dərmanlar yox idi və nə vaxt gətiriləcəyini bilmirdilər.

Reabilitoloq, fizioterapevt Pərvin Əkbərov bildirdi ki, xəstəliyin yaranma səbəbləri tibbdə məlum deyil və belə hesab olunur ki, buna irsi meyllik və müəyyən genetik xüsusiyyətlər səbəb ola bilər.
"Bəzi aparılan tədqiqatlar xəstəliyin auto-immun xarakterli olmasını göstərir. Хəstəliyin yaranmasını çox zaman immun sistemdəki genetik dəyişiklərlə əlaqələndirilir. Bexterev xəstəliyindən əziyyət çəkən insanların immun sistemində dəyişiklik yaradan HLA-B27 antigeninin daşıyıcılarıdır. Xəstəliyin əsas simptomları gecənin ikinci yarısında bel ağrıları, büzdümdən sağrı əzələlərinə yayılan sərtlik və ağrı, gənc yaşda davamlı pəncə ağrıları, onurğanın torakal nahiyyəsində sərtlik və ağrı, qanda EÇS-in 30-40 mm/saat artmasıdır. Bu simptomların 3 aydan daha çox davam etməsi pasientdə Bexterev xəstəliyinin inkar edilməsi üçün revmatoloq ilə konstultasiya olunasını vacib edir. İlkin əlamətlər oma-büzdüm bitişməsində oynaqların zədələnməsi ilə başlayır. İlk olaraq iltihab oma-büzdüm oynağının daxili qişasını, daha sonra fəqərələr arası, fəqərə qabırğa bitişməsi, ən son ətraf oynaqlar prosessə cəlb olunur. İltihabi prosesin artması nəticəsində oynaqdaxili mayenin artması proqressivləşir. Oynaq səthinə zülalların və yaranmış iltihab nəticəsində fibrinin yığılması baş verir, iltihab oynaq qiğırdağına qədər yayılmağa başlayır. İltihabi dəyişikliklər nəticəsində qığırdaq dağılır, oynaq səthlərinin bir birinə sürtülməsi, yeyilməsi, yapışması- ankiloz yaranmağa başlayır. Xəstəlik yavaş intensivliklə inkişaf edir, zamanla onurğanın hərəkətliliyi tədriclə azalır, onurğa qısalır. Xəstəliyin əvvəlində oma sümüyü, qasıq, oma nahiyəsində ağrılar hiss olunur, bu ağrılar səhər və gecə saatlarında daha güclü olur. Xəstənin yuxusu pozulur. Səhərlər xəstə çətinliklə yataqdan qalxır, bel sanki donur. Ağrılar küt və üzücü xarakter daşıyır. Tədriclə, bəzən bir neçə ildən sonra boyun və bel nahiyəsində ağrılar hiss olunmağa başlayır. İnsan önə, arxaya, yanlara güclə əliyir, əyilmə zamanı ağrılar olur. . Tədricən onurğada olan fizioloji əyriliklər hamarlaşır və onurganın döş şöbəsində patoloji əyrilik yaranır. Bu əyrilik yarandıqdan sonra artıq xəstəyə hətta məsafədən də diqanoz qoymaq olar. Bu vəziyyət Bexterev xəstəliyi üçün xarakter olan "dilənçi pozası” adlanır. İltihab prosesi tədricən daha da inkişaf edir. Sakroiliak oynaq iltihabları,sağrı əzələlərinə doğru yayılır. Ağrılar bud, baldır, dizə doğru irradiasiya edir. Lumbosakral bel hərəkətlərinin həcmi get-gedə azalır. İltihab onurğa sütunu boyunca yayıldıqda pasientdə onurğanın döş nahiyyəsində qabırğaarası sinirlərə yayılan ağrılar meydana gəlir. Nəticədə qabırğaarası nevralgiya simptomları ortaya çıxır. İltihab prosesi onurğanın boyun şöbəsinə yayıldıqca, boyun, çiyin və əllərdə ağrı meydana gəlir. Bəzi xəstələrdə vertebra-baziliar çatışmamazlıq sindromu inkişaf edir ki, bu sindrom özünü başgicəllənmə, yeriyərkən başın yellənməsi, baş ağrıları ilə büruzə verir. Periferik oynaqların prosesə cəlb olunması nadir hallarda təsadüf olunur", - deyə həkim bildirdi.
Əkbərovun sözlərinə görə, bu xəstəlik əsasən 20-40 yaşlar arası kişilərdə inkişaf edir. Qadınlarda bu xəstəliyə nadir hallarda təsadüf edilir. Həmçinin, həkimlərin müşahidələrinə görə, qadınlarda bu xəstəlik kişilərlə müqayisədə daha yüngül keçir.
"Məlumat üçün bildirim ki, "Bexterev" xəstəliyindən əziyyət çəkən pasientlərin müalicəsi individual aparılır. Xəstəliyin sadəcə simptomlarının qarşısı alınmamalıdır, həm də bu simptomlari yaradan səbəblər aradan qaldırılmalıdır. Orqanizmin xroniki xəstəlikləri (tonzillit, faringit, sinusit, prostatit, uretrit, sistit ), yuxarı tənəffüs yolları, mədə-bağırsaq sistemi xəstəliklərinin (dizbakterioz) qarşısı alınmalı, immun sistem balansı bərpa olunmalıdır. Müalicə periodunda iltihabəleyhinə preparatlar, hormonlar (böyrəküstü vəz hormonlar), immunodepressatlardan istifadə edilməlidir. Dərman terapiyadan əlavə fizioterapiya, manual terapiya, massaj və müalicəvi bədən tərbiyəsinin rolu Bexterev xəstəliyində əvəzolunmazdır. Fizioterapiyada Yüksək aktivlikli ankilozlaşmış spondiloartritdə ultrabənövşəyi şüalardan (UBŞ) istifadə edilir. UBŞ böyrəküstü vəzin qabıq qatının, retikuloendotelial sistemin funksiyasını stimulə edir, immunoloji reaksiyaları sürətləndirir, faqositozu gücləndirir. UBŞ terapiya ağrıəleyhinə, iltihabəleyhinə və hiposensibilizasiyaedici təsir göstərir. Güclü ağrı sindromu ilə müraciət edən xəstələrə novokainlə elektrofarez müsbət effekt verir. Prosedura xəstəliyin intensivliyindən asılı olaraq gündə 15-20 dəq, 10-12 seans təyin edilir. Əgər xəstələrdə periferik oynaqlar aktiv iltihabi proses qeyd olunursa, prosesə cəlb olunan oynağa qısa dalğa diametriyası təyin oluna bilər. Bexterev xəstəliyinin orta ağır və ya yüngül aktiv dövrlərində fizioterapiyanın daha geniş formalarından istifadə edilə bilər. Bu periodda induktotermiya, mikrodalğa, hidrokortizonla ultrafonofarez, ultrasəs dalğa məsləhət görülür. Orta ağır dərəcə aktivlikdə iltihabəleyhinı dərman preparatları, ultrasəs terapiya ilə paralel palçıq vannaları da müsbət effect verir. Bunun yanaşı Bexterev xəstəliyində paraffin applikasiyasından və ozokeritdən də istifadə edilir. Yüksək müalicəvi effect radon, azot, sulfide, yodobrom, natri-xlor vannaları təşkil edir. Fizioterapevtik müalicələrlə yanaşı pasientlər hər gün xüsusi müalicəvi bədən tərbiyəsi ilə məşğul olmalıdır. Bu xəstənin vəziyyətini yaxşılaşdırır. Düzgün müalicə və bədən tərbiyəsi onurğanın tam hərəkətsizliyinin və skeletin digər hissələrinin deformasiyasının riskini azaldır. Müalicəvi idman hər gün (fasilə vermədən) ən az yarım saat olmaqla aparılmalıdır. Ankilozlaşan spondiloartrit-li xəstələrə zülal dietasi məsləhət görülür, rasiondan çörək, un və şirniyyat, makaron məlumatları, kartof və s yüksək kraxmal tərkibli qidalar çıxarılmalıdır. Qida rasionuna balıq (qızardılmamış, buxarda bişirilmiş) yumurta, kəsmik, pendir, qaynadılmış ət, tərəvəz qismindən – kök, çuğundur, bibər, kələm, göyərti, soğan, kələm, meyvə, giləmeyvə daxil edilməlidir. Bexterev xəstəliyi tam müalicə olunmur. Gecikdirilmiş dioqnoz pasientin artıq ankilozlaşan bud-çanaq oynağının protezlə əvəz olunması ilə nəticələnir. Lakin erkən dioqnoz və düzgün seçilmiş müalicə xəstəlik prosessinin zəif inkişaf etməsinı, ağırlaşmaların qarşısının alınmasına və həyat keyfiyyətinin saxlanmasına köməklik edir. Gündəlik müalicəvi idmanla məşğul olmaq, oynaqların və onurğanın hərəkətliliyini təmin edir, xəstəliyin inkişafını dayandırır", - deyə o vurğuladı.
Elmi Tədqiqat Tibbi Bərpa İnstitunun revmatoloq-reablitoloqu Gülzar Sadıqovanın fikrincə, ölkədə bu xəstəlikdən əziyyət çəkən çox sayda şəxs var və ötən illər ilə müqayisədə xəstəliklə bağlı müraciətlərdə artım müşahidə edilib.
"Xəstəliyin aşkarlanması üçün pasientlər bir neçə müayinələrdən keçirlər. Əsasən, rentgen, MRT, qan təhlillərin müayinəsindən keçdikdən sonra diaqnoz qoyulur. 4 mərhələdən ibarət olan bir xəstəlikdir. Rentgen nəticələrinə uyğun olaraq xəstəliyin neçənci mərhələdə olduğu müəyyən olunur. Xəstəliyin yaranma səbəbləri elmə dəqiq məlum deyil. Müalicə metodlarında əsasən miorelaksantlar, vitamino-terapiyalar, "sulfasalazin” və "skafo” tətbiq olunur. "Skafo” tətbiqi çox uğurlu nəticələr verdi. Azərbaycana firma vasitəsilə, "Skafo” adı ilə gəlir, Türkiyədə fərqli adla satılır. "Skafo” iynəsi ölkədə baha qiymətə satıldığı üçün fərqli yollarla əldə edənlər də var. Xəstəlik aktiv olmadığı halda xəstəliyi fizioterapiya və masajlarla müalicə etmək də mümkündür. Təcrübəsiz nevropatoloq və terapevtlər tərəfindən müayinə, müalicə olunan bir çox "Bexterev” daşıyıcıları səhv yönləndirilir. Hicama, zəli kimi bəzi qeyri-doğru metodlarla müalicə əsassız və nəticəsizdir. Bu müalicə üsulları ilə pasientlər zaman itirir, bizə isə xəstəliyin ciddi, yəni son mərhələlərində müraciət edirlər. Buna görə də müalicələrin effektsiz olma ehtimalı çoxalır. 200 mindən çox revmatik xəstəlikdən əziyyət çəkən şəxs var. Pandemiya dövrü revmatik xəstəliklərə mənfi təsir göstərib, artımına səbəb olub. Həkim olaraq deyə bilərəm ki bu xəstələrə daimi nəzarət və yardım edilməlidir”, – deyə o bildirdi.
Sözügedən xəstəlikdən əziyyət çəkənlərin hazırki durumu və "Bexterev"in müalicəsinə lazım olan vəsaiti tənzimləmək mövzusunu Milli Məclisin deputatları ilə müzakirə etməyə cəhd etdik. Parlamentin Səhiyyə Komitəsinin üzvləri olan millət vəkillərinin bir qismi zənglərimizi açmadı, digər hissəsi isə göndərdiyimiz sualları cavabsız qoydu. Digər komitədən olan deputatlardan isə 1 neçəsi ilə əlaqə yarada bildik ki, onlar bu xəstəlik barədə məlumatsız olduqlarını söylədilər.
İlk dəfə bu xəstəliyi rus nevroloqu Bexterev tədqiq edib. Bu səbəbdən xəstəlik bütün dünyada məhz "Bexterev" xəstəliyi kimi tanınır.

www.anews.az

Bəs, bu xəstəlik necə yaranır, əsas simptomları hansılardır və ağırlaşmaması üçün müalicəsi necə aparılır?

Ləman Qasımova
İSTİQAMƏT:6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 