"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas öz rekordunu yeniləyib.Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli qolkiper ölkə kubokunda "Altetiko" ilə matçda qapısını toxunulmaz saxlayıb. Bununla da o, ardıcıl 8 oyunda qol buxarmayıb. Kasilyas son olaraq bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la görüşdə qapısında qol görmüşdü.Dünənki qarşılaşma ilə ispan qapıçı qol buraxmamaq rekordunu 772-ci dəqiqəyə yüksəldib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !