Küçədə asayişi pozanlar cəzalanacaq

20:18 | 22.10.2014
Küçədə asayişi pozanlar cəzalanacaq

Küçədə asayişi pozanlar cəzalanacaq

Türkiyənin baş naziri Əhməd Davudoğlu parlamentdə küçə qarşıdurmaları yaradanlara dair cəzanın sərtləşdirilməsi barədə qanun layihəsini təqdim edib.Sənəddə alışan maddə olan şüşələri silah hesab etmək, aksiya zamanı maska taxmağı qadağan etmək təklif edilib.“Dinc aksiyaları zorakılıq aksiyalarına çevirənlər, “Molotov kokteyli”ndən istifadə edənlər cinayətkar kimi qiymətləndiriləcəklər. İnsanların dinc nümayiş keçirmə hüququ var, üzlərində maska, əllərində isə silah – içində alışan maye olan şüşələr peyda olan kimi isə aksiya artıq dinc hesab edilmir”, - Davudoğlu deyib.Qanun qəbul olunduğu halda aksiyaçılar dörd il həbs cəzası ala bilərlər. Eləcə də hakimiyyət internetdə zorakılığa çağırış üçün də cəzaların sərtləşdirilməsini tələb edir, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.Həmin qanun layihəsi narkotik yayımını terror aktı ilə bərabərləşdirir, eləcə də güc strukturlarında islahatlar nəzərdə tutur.Suriya kürdlərinə dəstək aksiyası oktyabrın 10-da Türkiyənin cənubi-şərqində keçirilib, bu aksiyanın nəticəsində 30 insan həlak olub. 350 nəfər yaralananlar arasında 139 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşıdır.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM