Keçmiş qalıb “Eurovision-2013” uşaq mahnı müsabiqəsində

Xəbər verdiyimiz kimi, noyabrın 25-30-da Ukraynanın paytaxtında 12 ölkənin, o cümlədən Azərbaycanın gənc istedadlarının iştirakı ilə “Eurovision-2013” beynəlxalq uşaq mahnı müsabiqəsi keçiriləcəkdir.
AzərTAc forumun rəsmi saytına istinadən xəbər verir ki, “Eurovision-2013” müsabiqəsinin qalibi danimarkalı Emmili de Forest uşaq mahnı müsabiqəsinin iştirakçılarını dəstəkləmək üçün Kiyevdə çıxış edəcək.
E. de Forest deyib: “Mən Kiyevə gələcəyim günü, müsabiqədə iştirak edəcəyim məqamı səbirsizliklə gözləyirəm. Ümidvaram ki, müsabiqənin bütün iştirakçıları mənim kimi yarışda iştirak etmək təcrübəsi qazanacaqlar”. O, bütün gənc artistlərə uğurlar arzulayıb.
ANN.Az