Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsinin iqtisadiyyata əhəmiyyətli müsbət təsiri olacaq.
"Report"un verdiyi xəbərə görə, bunu "SOCAR Turkey"in prezidenti Kənan Yavuz "Anadolu" agentliyinə müsahibəsində deyib.
K.Yavuzun sözlərinə görə, Cənub Qaz Dəhlizi (SGC) və TANAP təkcə enerji layihələri deyil, onların Avropanın enerji siyasətində böyük rolu var:
"Nəzərə almaq lazımdır ki, TANAP Xəzər qazının Avropa bazarına çatdırılmasını təmin edəcək. Həmçinin, digər mənbələrdən əldə edilən 16 mlrd. kubmetr əlavə qaz da Avropa bazarına çıxarılacaq. SGC-in ümumi investisiya dəyəri 45 mlrd. dollardır və TANAP-ın çəkilməsi ilə 15 min insan iş yeri tapacaq. Boru kəməri ümumilikdə 20 region, 67 rayon, 600 kənddən keçəcək ki, onun da 60%-dən çoxu dağlıq bölgələrin payına düşəcək. Bizim boru xətlərinin çəkilməsi üçün 3 fəsildə 110 gün vaxtımız var. Yalnız bu vaxtlar boru xətti çəkmək mümkündür".
Qurum rəsmisi TANAP-ın çəkilməsində risklərlə qaşılaşdıqlarını da deyib: "Biz öncədən haqqında xəbərimiz olmadığı 106 arxeoloji ərazi ilə qarşılaşdıq. Həmçinin, boruların ağılrlığı 8,5-9 ton civarındadır ki, onları da həmin ərazilərə daşımaq çətinlik yaradır".
Xatırladaq ki, TANAP üzərində 3 tərəfin pay sahibliyi var. Onun 58%-i SOCAR-a, 30%-i BOTAŞ-a, qalan 12%-i isə BP-yə məxsusdur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !