"Kəpəz" icazəsiz pankarta görə cərimələnib

14:40 | 15.04.2022

"Kəpəz" icazəsiz pankarta görə cərimələnib

AFFA İntizam Komitəsi "Kəpəz" klubunu cəzalandırıb. Buna Gəncə təmsilçisinin səfərdə "Turan Tovuz"a 2:3 hesabı ilə uduzduğu I Divizionun XXI tur oyununda baş vermiş hadisələr səbəb olub.

"Kəpəz" 5 futbolçusunun sarı vərəqə alması üzündən 80 manat, azarkeşlərin icazəsiz pankart açmasına görə isə 160 manat cərimə olunub. Həmin pankartda baş məşqçi Yaşar Vahabzadənin istefası tələb olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti