Keramikayla sevgiylə - REPORTAJ+MÜSAHİBƏ

18:26 | 17.03.2016
Keramikayla sevgiylə - REPORTAJ+MÜSAHİBƏ

Keramikayla sevgiylə - REPORTAJ+MÜSAHİBƏ

Rüstəm Qasımov

Bir müddət əvvəl Bakıda yerləşən "Art Garden”də beynəlxalq duet - kremika simpoziumun yekun nəticələrinə dair sərgi baş tutdu. Çıxış  zamanı tədbirin təşkilatçıları bəyan etdilər ki, simpozium Mədəniyyət və Turizm nazirliyinin və ART Group-un dəstəyi ilə Azərbaycan Mədəniyyət Konsulluğu tərəfindən təşkil olunub. Layihənin sponsoru isə "Gazelli group” idi. Duet simpoziumunda Azərbaycan və Qazaxıstandan olan rəssam-keramikaçılar Mir Teymur Məmmədov və Artyom Qorislaves iştirak edirdilər. 

Tədbir tanınmış ictimai-siyasi-mədəni xadimlərin, yaradıcı inteligensiya nümayəndələri, həmçinin mədəniyyət və incəsənətsevlərin diqqətindən kənarda qalmamışdı. 

Bu sərgi keramikaçıların simpozimunun davam etdiyi iki həftə ərzində gördükləri işləri əhatə edirdi. Onlar öz işlərini Azərbaycan keramika mərkəzinin emalatxanasında ərsəyə gətirmişdilər. Qeyd edək ki, ilk simpozium dueti Qazaxıstanın Çimkend şəhərində baş tutmuşdu. 

Yeri gəlmişkən, bu simpoziumda görülən işlər Azərbaycan Keramika mərkəzinin kolleksiyasına daxil ediləcək. 

ANN.Az xəbər portalı Qazaxıstandan olan qonaq Artyom Qorislaveslə söhbət etməyə müvəffəq olub. Müsahibəni təqdim edirik: 
 


- Artyom, keramikaçıların duet simpoziumu ideyası necə ortaya çıxdı? 

- Mən və Mir Teymur artıq çoxdandır keramikaçıların simpoziumlarında iştirak edirik. Nə qədər gülməli səslənsə də, mən azərbaycanlı usta ilə "Facebook”da tanış olmuşam. Sonra simpoziumlarda və internetdə ünsiyət qurmaqla biz dostlaşdıq. Bizi keramikaya olan sevgi birəşdirdi. Keçən il Mir Teymur Qazaxıstana gələndə, bizim dostluğumuz yaradıcı sferaya keçdi, biz Qazaxıstanda iki günlük mini-simpozium keçirdik, sonra isə sərgi keçirildi. Təəssüf ki, nə Qazaxıstanda, nə də Azərbaycanda 15-20 keramikaçının iştirak etdiyi böyük simpoziumlar keçirilir.

Ancaq bizi ümumi arzu, ümumi ideya bir araya gətirdi və beləliklə, biz mini-simpozium keçirmək qərarına gəldik. Bizim əsas hədəfimiz situasiyanı yaxşılığa doğru dəyişmək idi, belə ki, biz hər iki ölkədə böyük potensial görürük və istəyirik ki, bu iki ölkədə müasir keramika ənənələri formalaşsın. Ola bilər ki, simpoziumda cəmi iki keramikaçı iştirak edir, acaq ikilikdə də vəziyyəti yaxşılığa doğru dəyişmək olar. Qeyd edim ki, bizim həm əvvəlki, həm də bu simpoziumumuz böyük simpoziumların qanunlarına uyğun qurulub, baxmayaraq ki, orada cəmi iki nəfər iştirak edib. Bu simpoziumlar bizim ölkələrimiz üçün ilk qaranquşdur, mən əminəm ki, bu, gələcək simpoziumlar üçün də istinadgah olacaq. Ona görə də bizim ölkələrimizin kontekstində bizi pionerlər adlandırmaq olar. Mən çox ümid edirəm ki, gələcəkdə iştirakçıların sayı artacaq. Arzu edirəm bu sərgi Azərbaycanda keramika sevərlərin artımına səbəb olacaq. 
 


- Bunun üçün iki ölkədə lazım olan hər şeyin olduğuna əminsinizmi? 

- Çoxları düşünür ki, əsas problem maliyyə məsələləridir. Ancaq Azərbaycanın potensialını və iqtisadi inkişafını nəzərə alanda, digər mədəniyyət tədbilərindən fərqli olaraq, simpoziumun keçirilməsi elə də bahalı layihə deyil. Vacib olan keramikaçıları, öz işlərinin fanatlarını bir araya gətirməkdir, qalan məsələlər ikinci plandadır. Axı simpozium keramika ustaları üçün əsl bayramdır. Ona görə də əgər bu tədbirin masştabı genişlənsə, onda o sizin ölkənizin həyatında böyük keramika hadisəsinə çevriləcək.

- Layihənin əsas məqsədi nədir? 

- Keramika sənətinin hər iki ölkədə məşhurlaşması! Keramikanın parlaq pərəstişkarları olduğumuzdan, bu "azarı” başqalarına da yoluxdurmaq istəyirik. Başın öz yaradıcılığına qarışsa da, bir usta kimi istəyirsən ki, rəqiblərin meydana gəlsin. Axı sağlam rəqabət incəsənətin çiçəklənməsi üçün çox vacibdir. 
 


- Adət etmədiyiniz Azərbaycan giliylə işləmək sizinçün çətin olmadı ki? 

- Gəlin ondan başlayaq ki, Mir Teymurun olduqca mürəkkəb müəllif gili resepti var, o, 7 müxtəlif gil və müəyyən əlavələrdən ibarətdir.  Ortaya çıxan gil olduqca spesifikdir, əvvəlcə buna öyrəşməyim çətin oldu. Əgər mənim ilk və sonrakı işlərimə baxan olsa, peşəkar olmayan da anlayacaq ki, səviyyədə fərq var. Bu iki həftə ərzində mənim yaradıcılığım öz inkişafında uzun təkamül yolu keçdi, bunu da biz tamaşaçılara nümayiş etdirdik. İlk işlərdə təəssüf ki, mən sonrakı kimi yaxşı işlər ortaya qoya bilmədim.

- Bu zaman ərzində siz nə qədər keramika nümunəsi yaratmağa müvəffəq oldunuz? 

- Mən 8 heykəl nümunəsi ortaya qoya bildim, 7 böyük, bir balaca. 
 


- Bəs mövzu nə idi? 

- Mövzu sərbəst idi. Ancaq mən yaradıcı eksperimentlər eləməyi sevirəm. Bakıdakı bu simpoziumda mən təmiz kağızı sınamaq, yeni Artyom Qorislavesi görməyi, özümə kənardan baxmağı, obrazlı desəm, ətrafdakı qoxuları iyləməklə, Azərbaycan yerli kaloritini və paytaxtın gözəlliyini duymaq qərarına gəldim. Ona görə də Bakıya ideyalarsız, əvvəlcədən hazırlanmış eskizlərsiz gəlmişdim. Əlbəttə, hazırlıqsız işləmək biraz çətindir. 

- Yeni ideya və fikirlər necə ortaya çıxdı bəs?

- Ətrafda baş verənlər buna imkan verdi (gülür). Mən Mir Teymurla ünsiyyətdə olur, onun emalatxanasını öyrənir, Azərbaycanda yaşayan keramika ustalarıyla tanış olur, "İçəri Şəhər”də və yeni Bakıda gəzir, enerji alırdım! Ətraf mühit mənə çox böyük təsir göstərdi. Azərbaycana birinci dəfə gəldiyimi nəzərə alsaq, azərbaycanlıların adət-ənənələri, yeni tanışlıqlar, sənətə dair diskusiyalar öz sözünü dedi, məni enerjiylə doldurdu. Bunlar mənim yaradıcılığıma hansısa sehrli formada öz təsirini göstərdi. Mir Teymur mənim işlərimə baxıb deyir ki, bu yeni Qorislavesdir. Fikrimcə, müəyyən səviyyədə öz çəkimi artırmışam. 
 


- Deməli, siz iki mədəniyyətin yeni sintezini yaratmısınız? 

- Məncə, hə! Hər simpozium bütövlükdə başqa mədəniyyətə toxunmaq deməkdir, prinsipcə səni burada qəbul edirlər, axı sən təsadüfdən belə vacib hadisənin iştirakçısına çevrilməmisən! Belə tədbirlər mənim mənəvi aləmimin zənginləşməsi deməkdir, bu da öz növbəsində işlərimdə özünü biruzə verir. 

- Artyom, müsahibəyə görə təşəkkür edirik. 

- Təşəkkür! 

ANN.Az xəbər portalı paytaxtımız Bakıda baş verən mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə sizə keramika simpoziumundan fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 


























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM