Kerri rus həmkarı ilə danışdı

11:25 | 27.04.2014
Kerri rus həmkarı ilə danışdı

Kerri rus həmkarı ilə danışdı

ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

ANS PRESS-in xəbərinə görə, aprelin 27-də Con Kerri ilə rus həmkarı Sergey Lavrov telefon danışığı zamanı Ukraynanın şərqində baş verən proseslər və Suriyadakı kimyəvi silahların ölkə xaricinə çıxarılması məsələləri müzakirə edilib.

Danışıq zamanı Kerri Ukraynanın şərqindəki Slavyansk şəhərində rus tərəfdarı olan qüvvələr tərəfindən girov götürülən Avtopa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının heyətinin və onlara rəhbərlik edən ukraynalıların azad edilməsi üçün Rusiyanı ATƏT-in və Ukrayna hökumətinin apardığı səyləri dəstəkləməyə çağırıb.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti