• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Kilsələri yandıran cinayətkarlar həbs olundu

Kilsələri yandıran cinayətkarlar həbs olundu
29.05.2020 06:01
Tatarıstanda kilsələri yandırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılanların hamısı 22 yaşdan 35 yaşa qədər olan Çistopolya rayonu sakinləridir. Onların müsəlman olduğu bildirilir. Onlar ölkədə iki pravoslav kilsəsini yandırmaqda şübhəli bilinirlər. Cinayətkarlar istintaqa verdikləri ilkin ifadələrində bildiriblər ki, kilsələri yandırmaq fikrinə ilk dəfə bu ilin sentyabr ayında gəliblər. Amma ilk kilsəni noyabrın ortasında yandırıblar.Cinayətkarlar ilk yanğını noyabrın 17-də, gecə yarısı Çistopolya rayonunun Vişnyovski küçəsində yerləşən məbədində törədiblər. Növbəti yanğın hadisəsi isə həmin gün səhər saat 5 radələrində qonşu Novoşeşminski rayonunun Lenin kəndində baş verib. Cinayətkarlar əllərindəki yanar maye ilə doldurulmuş qabları müqəddəs Dimitri Solunskinin adını daşıyan kilsənin pəncərəsindən içəri ataraq qaçıblar. Nəticədə ibadət evi tamamilə yanaraq kül olub. Yerli polisin verdiyi məlumatda qeyd olunur ki, cinayətkar dəstə digər pravoslav məbədlərinin yandırılmasında şübhəli bilinirlər. Belə ki, noyabrın 28-də Mamadışski rayonundakı kilsə, noyabrın 29-da isə qonşu Rıbno-Slobodskoqo rayonundakı Xaç suyuna salınmış Kazılisi kilsəsi yandırılıb. Qeyd edək ki, hər iki kilsə kryaşen icmaların — xristianlığı qəbul etmiş tatarlara məxsusdur.Birinci üç hadisə ilə bağlı Rusiyasının Cinayət Məcəlləsinin "Vandalizm", "Yanğın" və "Vicdan azadlığının və dinlərarası münasibətlərin pozulması" maddələri ilə cinayət işi qaldırılıb. Tatarıstan Baş prokurorluğu daha bir maddənin - "Terror aktı" maddəsinin cinayət işinə əlavə olunmasını təkid edir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Ukraynada hərbi əməliyyatları bərpa edib
Dünya 14:27
Rusiya Ukraynada hərbi əməliyyatları bərpa edib
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Dünya 11:34
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Albaniyada parlament seçkiləri keçirilir
Dünya 10:41
Albaniyada parlament seçkiləri keçirilir
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
Dünya 08:47
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
Dünya 22:30
Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
Bu ölkədə şahmat qadağan edilib
Dünya 21:55
Bu ölkədə şahmat qadağan edilib
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 20-si yaralanıb
Dünya 18:49
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 20-si yaralanıb
Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub
Dünya 17:35
Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub
Pakistanın Baş naziri təcili iclas çağırıb
Dünya 10:57
Pakistanın Baş naziri təcili iclas çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol