ANN.Az "Report"a istinadən xəbər verir ki, bu haqda "Petrotel Lukoil" şirkətinin ("Lukoil"un Rumıniyadakı törəmə şirkəti) rəhbərliyindən bildirilib.
Qeyd edək ki, ötən gün "BBC" "Lukoil"-un Rumıniyadakı əmlakına həbs qoyulması barədə xəbər yayıb. Xəbərə əsasən, Rumıniya məhkəməsi prokurorluğun vəsatəti əsasında Rusiyanın "Lukoil" neft-qaz şirkətinin bu ölkədəki aktivlərinə həbs qoyulması haqda qərar qəbul edib. Əmlakının ümumi dəyəri 2,2 milyard avrodur.
Məlumatda bildirilib ki, bu qərar "Petrotel Lukoil S.A" şirkətində çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı açılan cinayət işinin istintaqına yardım edilməsi üçün qəbul olunub.
Hələ ötən ilin oktyabrında Rumıniya polisi "Petrotel Lukoil S.A" şirkətinin zavodunda və ofisində axtarış aparıb. İndi isə prokurorluq yeni şübhəli halların ortaya çıxdığını bəyan edib. Şübhəlilər arasında "Petrotel Lukoil S.A" şirkətinin başçısı və daha 5 əməkdaşı da var.
İstintaq başlayanda şübhəlilərin vurduğu ziyanın 200 milyon avro olduğu bildirilirdisə, prokurorluq bu rəqəmin milyardları ötəcəyini ehtimal edir.
Məlumata görə, "Lukoil" şirkəti məsələyə hələ ki, rəsmi münasibət bildirməyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !