Ukraynanın “Dinamo” komandasının futbolçusu Vladimir Kalitvintsev Kiyevdə hücuma məruz qalıb.Lent.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçiyə “tituşka”ların zərbələrinə tuş gəlib. Siyasi qüvvələrin sifarişi ilə maddi mükafat qarşılığında vətəndaşlara güc tətbiq edən xuliqanlar Kalitvintsevin çənəsini qırıblar. Onlar qarətə də əl atmaq istəyiblər, lakin futbolçu tək olmadığından, cinayətkarlar hadisə yerindən qaçıblar. Qeyd edək ki, Kiyevdəki çaxnaşmalarla əlaqədar “Dinamo”nun İspaniya “Valensiya”sı ilə Avropa Liqasında ilk 1/16 final matçı Kiprdə keçirilib. Oyun “Valensiya”nın qələbəsi ilə yekunlaşıb – 2:0. Vladimir Kalitvintsev heyətə salınmadığından, qarşılaşmaya aparılmayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !