Kiyev merinin sərəncamına əsasən Ukrayna paytaxtında hərbi vəziyyət dövründə meşələrə getmək qadağan edilib. Bu barədə UNİAN xəbər agentliyi məlumat yayıb.
Əhaliyə bildirilib ki, hərbi vəziyyət dövründə Kiyev ətrafı meşələrə tək-tək və ya avtomobillə getmək, həmçinin texnika salmaq olmaz.
Yalnız Ukrayna Silahlı Qüvvələri, Ukrayna Dövlət Sərhəd Xidməti, Dövlət Xüsusi Nəqliyyat Xidməti, Ukrayna Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidməti, Ukrayna Milli Qvardiyası, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən istifadə edilən avtomobil və texnikanın meşəyə girməsinə icazə verilib.
Müvafiq qadağa xüsusilə meşələrdə real yanğın təhlükəsinin qarşısını almaq və onların nəticələrini minimuma endirmək məqsədi ilə tətbiq edilib.
Martın 20-dən Kiyev vilayəti üzrə də analoji qərar qəbul edilib. Ukraynalılara tank əleyhinə, piyada əleyhinə minaların meşələrdə basdırılması, eləcə də düşmən qoşunlarının Kiyev ətrafından çıxandan sonra məftilli tələlər qurması barədə xəbərdarlıq edilib.
Kiyev ətrafında yaşayanlar evlərinə qayıda bilərmi?
İşğalçılardan azad edilmiş Kiyev ətrafı qəsəbələrinin sakinlərinə də öz evlərinə ən azı 1 həftə qayıtmamaq tövsiyə edilib. Kiyev sakinlərinin də evlərinə qayıtması məsləhət görülmür.
Bununla belə Kiyevdə quru nəqliyyatın işi bərpa olunub. Bu gündən etibarən şəhərdə təxminən 150 avtobus və 30 tramvay uyğun marşrutlar üzrə sərnişin daşımağa başlayıb.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !