Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi, "ASAN Könüllüləri”
təşkilatının təşkilati dəstəyi ilə "Könüllülər Parlamenti – Azərbaycan” layihəsinin açılış mərasimi baş tutub.
Daşkəsən rayonunda yerləşən Gənclərin təlim və istirahət mərkəzində baş tutan açılış mərasimində "ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov layihənin məqsədi, ideyasıyla bağlı açılış nitqi söyləyib.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini , Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Rzayev çıxış edib. Millət vəkili belə bir layihənin gənclər tərəfindən irəli sürülmüş gözəl bir təşəbbüs olduğunu bildirib.
Gənclərin belə layihələrdə iştirakının həm şəxsi inkişafına həm də karyera həyatında uğur qazanmasına səbəb olduğunu qeyd edən millət vəkili daha sonra gənclərə ölkədə aparılan gənclər siyasəti, ölkə və ordu quruculuğu barədə geniş məlumat verib.
Layihənin birinci günündə Gənclər və idman Nazirinin müavini İntiqam Babayev gəcnlərlə görüş keçirib. Layihə və layihə iştirakçılarına uğurlar arzulayan nazir müavini ölkəmizdə gənclər və idman sahəsində aparılanmühüm islahatlar və bu islahatların verdiyi tövhələrdən danışıb.
Qeyd edək ki, Layihənin əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstuktiv şəkildə bildirməsinin stimullaşdırmaqdır. Bildirək ki, "Könüllülər Parlamenti” layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulasiya formatında təşkil olunacaqdır. Layihə iştirakçısı olan "Könüllü deputatlar” müxtəlif komitələr tərkibində Azərbaycandakı qeyri-neft sektorunun başlıca istiqamətləri, təhsil, sənayə, energitika üçün mövcud imkanlar, Azərbaycandakı QHT-lərin xarici ölkə QHT-lərindən əsas fərqləndirici amilləri,problemlərin aradan qaldırılması yolları və s. kimi mövzuları müzakirə edəcək və bu mövzular ətrafında qanun layihəsi hazırlayacaqlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !