Komandan vəzifədən azad edildi

17:25 | 30.06.2014
Komandan vəzifədən azad edildi

Komandan vəzifədən azad edildi

 İran Sərhəd Polisinin komandanı vəzifəsindən azad edilib.APA-nın “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran daxili işlər naziri Əbdülrza Rəhmani-Fəzlinin iyunun 29-da verdiyi əmrlə general Hüseyn Zülfüqari yeni vəzifəyə təyin olunub. Bundan sonra İran Sərhəd Polisinin sabiq komandanı İran daxili işlər nazirinin təhlükəsizlik və nizam-intizam məsələləri üzrə müavini vəzifəsini icra edəcək. Qeyd edək ki, H. Zülfüqari əvvəllər İran Nizam-İntizam Qüvvələri (polis) komandanının müavini işləyib, ancaq onu bu vəzifədə 2008-ci ildən Əhmədrza Radan əvəzləyib. İran polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehdi Əhmədi bu dəyişikliyin səbəbini generalın doktorluq dissertasiyasını müdafiə etmək üçün öz təhsilini davam etdirmək istəyi ilə izah edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM