Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

08:23 | 07.04.2022
Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Dörd qarşılaşmadan biri Bakı vaxtı ilə saat 20:45-də, digər 3-ü isə saat 23:00-da start götürəcək.

Bu raundun açılış matçında Çexiyanın "Slaviya" (Praqa) klubu Niderlandda "Feyenoord"la üz-üzə gələcək. Niderlandın digər təmsilçisi PSV isə İngiltərədə "Lester"in qonağı olacaq.

Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i Yunanıstan PAOK-unu qəbul edəcək. İtaliya "Roma"sı isə Norveçdə "Budyo Qlimt"lə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Konfrans Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya)

23:00. "Marsel" (Fransa) - PAOK (Yunanıstan)

23:00. "Lester" (İngiltərə) - PSV (Niderland)

23:00. "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)

Komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də olacaq.(report.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti