Koronavirus xəstəsi bazarda satıcılıq edərkən saxlanıldı

17:21 | 01.05.2021
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elşad Abdullayevə sosial izolyasiya qaydalarına riayət etməsi və yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunub.

Buna baxmayaraq, o, yaşayış yerini tərk edib və bazar ərazisində icarə əsasında işlətdiyi mağazada satıcılıq edib.

Abdullayev mağazaya gələn alıcılarla ünsiyyətdə olub və infeksiyanın yayılmasına şərait yaradıb.

Digər vətəndaşların sağlamlığı üçün real təhlükə yaradan Abdullayev barəsində Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti