"Çində yayılmış koronavirus Azərbaycanda daxili turizmin inkişafına müsbət təsir edəcək. Çünki bu virusa görə insanlar ölkədən çıxmağa çəkinirlər".
Anews.az "Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
O həmçinin bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayının artımı ilə bağlı proqnoz özünü doğrultmaya bilər: "Bu ilin əvvəlində proqnozlaşdırırdıq ki, Azərbaycana gələn turistlərin sayı 10% artacaq.
Amma bu rəqəmi korrektə edirik. Korrektə bizdən asılı deyil, qlobal məsələlərlə bağlıdır".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !