Rusiya Federal Miqrasiya Xidməti Krım vilayətinin 815 min sakininə vətəndaşlıq pasportu verib.
Krım bölgəsində Rusiyanın qurduğu “Nazirlər Şurası”nın sədri Sergey Aksyonov iyunun 25-də belə açıqlama yayıb.
Aksyonov iyunun 24-dək Rusiya vətəndaşlığı üçün 1 milyon 170 min ərizənin qəbul olunduğunu bildirib: “1 milyon pasport hazırlanıb, 815 mini verilib. Rusiya pasportunun verilməsi üçün Krımda 300 məntəqə yaradılıb. Bu məntəqələrdə istirahət günləri də daxil olmaqla 1200 adam işləyir”.
Xatırladaq ki, Rusiya Ukraynanın Krım Muxtar Vilayətini və Sevastopol şəhərini bu ilin fevral-mart aylarında özünə birləşdirib (Media forum).
Bizi sosial şəbəkələrdə izləyin !