Krıma gedən suyun qarşısını kəsən bənd partladılıb - VIDEO

20:57 | 26.02.2022
 Krıma gedən suyun qarşısını kəsən bənd partladılıb - VIDEO

Krıma gedən suyun qarşısını kəsən bənd partladılıb - VIDEO

Sosial şəbəkədə Rusiya hərbçiləri tərəfindən  Dneprdən Krıma suyun verilməsinin qarşısını alan bəndin partladılması  videosu yer alıb. 

"Hərbçilərimiz Şimali Krım kanalını bağlayan bəndi məhv etdilər. Dnepr suyunun Krıma qaytarılması üzrə işlər davam edir", - bunu Krım lideri Sergey Aksyonov Telegram kanalında yazıb.

2014-cü ildə Ukrayna hakimiyyəti Krımın Ukraynadan ayrılmasından sonra Dneprdən Krıma gedən suyun qarşısını bəndlə kəsmişdi. İki gün əvvəl Ukrayna ərazisini zəbt edən Rusiya hərbçiləri Şimali Krım kanalının blokunu açıb, indi isə onun qarşısını kəsən bəndi uçurublar.
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM