• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Krım Tatar Məclisinin iclasında qarşıdurma

Krım Tatar Məclisinin iclasında qarşıdurma
01.04.2014 15:29
Bu gün Simferopolda Krım Tatar Məclisinin iclası keçirilir. APA-nın verdiyi məlumata görə, Məclisin sədri Refat Çubarovun rəhbərliyi ilə keçirilən iclasda məclis üzvləri ilə yanaşı, bölgələrdə yaşayan tatarların nümayəndələri iştirak edirlər. İclasda Krımda yeni yaradılan hökumətdə tatarların təmsil olunması barədə təklif müzakirə olunur. Müzakirələr zaman tatarların bir qismi yeni hökumətlə əməkdaşlığın əleyhinə çıxıb. Narazı qüvvələrə məclis üzvləri Abdurrahman Ezgir və Rza Şevçiyev başçılıq edir. Qeyd olunub ki, rusların tatarlara tarix boyu etdikləri zülmü unutmaq olmaz. Bir qisim iştirakçı isə yeni hökumətdə yer almağı təklif edib. Onlar bildiriblər ki, bu, Krımın gələcək taleyində rol oynamaq deməkdir. Bu mövqe isə qarşıdurmaya səbəb olub. Bir sıra bölgələrdən gələn tatarlar etiraz olaraq iclası tərk ediblər. Bildirilib ki, tatarlar ruslarla əməkdaşlığa getsələr, Krım Dağıstanın gününə düşəcək, Krım şəhərlərində qardaş qardaşın qanını tökəcək. Refat Çubarov isə bir-birlərini ittiham edən tərəfləri sakitləşdirərək deyib ki, düşmən olmaq yeri deyil, indi Krım tatarlarının taleyi həll olunur, yekdil qərar qəbul etmək lazımdır: “Belə getsə, hələ bir neçə gün qərar qəbul edə bilməyəcəyik”. İclas davam edir. Qeyd edək ki, Krım Tatar Məclisinin mətbuat katibi Leyla Müslümova toplantıda ancaq tatar və rus jurnalistlərin iştirakına şərait yaratmaq istəsə də, maneələrə baxmayaraq, APA-nın müxbiri də iclas zalına daxil ola bilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Quterreş Trampla görüşəcək
Dünya 21:05
Quterreş Trampla görüşəcək
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Dünya 20:45
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
Dünya 13:53
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Dünya 09:25
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Dünya 08:25
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dünya 08:18
Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol