Körpəsinə görə İŞİD-ə yalvaran ananın hekayəti - FOTOLAR

18:05 | 24.12.2014
Körpəsinə görə İŞİD-ə yalvaran ananın hekayəti - FOTOLAR

Körpəsinə görə İŞİD-ə yalvaran ananın hekayəti - FOTOLAR

Bir əlacsız ananın ürəkparçalayan əhvalatı

Lidiya Herrara əri tərəfindən gizlicə Suriyaya aparılan 3 yaşlı oğluna görə İŞİD-ə yalvarırır. 

İtaliyada yaşayan Kuba əsilli qadın Lidia Herrera çıxdığı televiziya proqramında oğurlanan övladı barədə ürəkparçalayan əhvalatını danışıb. O bir müddət əvvəl yoxa çıxan övladının şəklini təsadüfən görüb. Şəkildə başına ərəb hərfləri yazılmış qara sarğı olan 3 yaşlı İsmayıl əlində AK-47 avtomatı ilə görüntülənib. Uşağı gizlicə anasından ayırıb özüylə birgə Suriyaya aparan İsmar Melinoviç sentyabrda Aleppo döyüşlərində həlak olub. 

ANN.Az-ın İngilis mətbuatına istinadən verdiyi xəbərə görə, İtaliyanın Ana-Uno talk şousunda çıxış edən qadın terrorçulara müraciət edib: "Mən hər saniyə onun barəsində düşünürəm, ona soyuqdurmu, acdırmı, mənsiz nə edir? O çox balacadı, onun anasına ehtiyacı var. Mən bu adamlara yalvarıram, icazə verin onunla danışım, şəklini görüm. Mən onsuz başımı itirmişəm, bilmirəm nə edim".

"Il Giornale"yə verdiyi başqa bir müsahibədə Lidiya deyib: "Mən uşağımı geri istəyirəm. Allah xatirinə, oğlumu mənə qaytarın...
Onlar deyirlər ki, həqiqi iman sahibidirlər, amma əməlləri yanlışdır. Uşağı anasından qoparmaq günahdır. Mən ümid edirəm, onlar ürəklərini dinləyəcəklər və öz oğlunu ümidsizcəsinə axtaran ananı başa düşəcəklər. Əgər mənim ərim onlara uşağı böyütməyi tapşırsa belə, onun anası mənəm və uşağımı dünyadakı hər bir ana kimi çox istəyirəm".

Anasının İsmayılı tanıdığı şəkildə, uşaq müharibə bölgəsinə bənzəyən bir yerdə naməlum adamın əlindən tutub harasa gedir, onun başında ərəb hərfləri yazılmış qara sarğı, əlində isə odlu silah var. Şəklin nə vaxt çəkildiyi məlum deyil, onun əlindən tutan şəxsin atası olması ehtimalı azdır, onun sentyabrdakı döyüşlərdə öldüyü bəllidir.

Xanım Herrera İtaliyanın şimalındakı Belluno şəhərində yaşasa da, buraya Kubadan köçüb. O katolik ailəsində dünyaya gəlib, ancaq "ərinə olan sevgisindən" sonradan islamı qəbul edib. Qadının mərhum əri İsmar Melinoviç Boşnakdır, ailəsi isə Almaniyada yaşayır. 

Qadın deyir ki, Kubadakı ailəsini tez-tez ziyarət edir və həmin ziyarətlərindən biri zamanı uşaq əriylə qalıb. Və qadının ağlına da gəlməyib ki, əri uşağını götürüb Suriyaya qaça bilər. 

Lidiya açıqlamasında deyib: "Ərimin terrorçu ola biləcəyi heç vaxt ağlımın ucundan keçməmişdi. Xatirimdədir ki, o, Suriyadakı qırğınlara baxanda çox qüssələnirdi, daim TV-dəki müharibəylə bağlı reportajlara baxırdı. O mənə müharibədə öldürülən qadınlardan, uşaqlardan danışırdı, amma onda o çox normal görünürdü. Heç vaxt inanmazdım ki, o gedib Aleppoda ölə bilər. O, məscidə gedirdi, amma qayıdanda həmişə normal görünürdü. Ərim mənə onunla danışmağa gələn  rekruitçilər barədə heç nə danışmamışdı. Əgər mən bunu bilsəydim, uşağı heç vaxt onun yanında qoymazdım. Onun uşağı götürüb Suriyaya getdiyini öyrənəndə, dünya başıma yıxıldı. Mənim balacam Suriyada... Siz təsəvvür edin, bir ana belə xəbər eşidəndə necə ola bilər".

"La Repubblica" qəzetinin məlumatına görə, İtaliyanın anti-terror polisi və gizli kəşfiyyatı uşağın itkin düşməsini araşdırır. İtaliyanın şimalındakı Veneto bölgəsində İtaliyada cihadçıları toplamaqda şübhəli bilinən İslamçı qrupun və məşhur imam Bilal Bosniçin reydə məruz qaldığı bildirilir. 

İslam Dövlətində Uşaqlar

İŞİD öz xəlifəliyini qurmaq üçün uşaqları özünün əsas missiyası kimi görür və gəncləri də aktiv şəkildə öz sıralarına cəlb edir. İŞİD-in nəzarətində olan uşaqlar erkən yaşlarında zorakılığa öyrəşdirilirlər, onlar edam cəzalarına şahid olur, başı kəsilənləri alçatmaq üçün onlara oyuncaq silahlar verirlər.  Cihadçılar özlərinin gənc üzvlərinin şəkillərini tez-tez paylaşır və sosial şəbəkələrdə onlar üçün pulsuz tibb xidməti və təlim-tərbiyə keçdiklərini vurğulayır, təbliğat aparırlar. 

ANN.Az
 







 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM