KTMT Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır - Paşinyan

12:34 | 18.09.2024
KTMT  Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır - Paşinyan

KTMT Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır - Paşinyan

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 
 
"Biz KTMT-yə üzvlüyü təkcə Ermənistan qarşısında öz təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyinə görə yox, həm də ona görə dondurmuşuq ki, KTMT Ermənistanın təhlükəsizliyinə, gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdid yaradır”, - Paşinyan bildirib. 

O, KTMT-də fəaliyyətin bərpasının mümkünlüyünə toxunaraq bildirib ki, Ermənistanın qaldırdığı məsələlərə konkret cavablar veriləcəyi təqdirdə fəaliyyət tam bərpa olunacaq.
 
Sentyabrın 4-də Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zaxarova deyib ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın KTMT-dan çıxması ilə bağlı yaydığı bəyanatların əsaslandırmasını istəyir. 
 
Bundan əvvəl Ermənistan KTMT-nın təlimlərində iştirak etməkdən imtina edib. 
 
Ermənistanın baş naziri açıqlama verib ki, Ermənistan KTMT-dan çıxacaq,sadəcə bunun zamanı bəlli deyil.

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib ki, Ermənistanın KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək. 
 
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) "Ermənistanın suveren ərazilərini işğal etdiyi” barədə siyasi bəyanət gözlədiyi ilə bağlı açıqlama verib. 


Bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir” sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.
 
Hazırda Ermənistan KTMT-dakı fəaliyyətini dondurduğunu açıqlayıb. 
 
Gülnar 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti