Ölkə ərazisində hava şəraitinin pisləşməsi Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) keçirəcəyi yarışa da təsirsiz ötüşməyib.
Anews.az-a federasiyadan verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Təhsil Nazirliyinin hava şəraiti ilə bağlı xəbərdarlıq etməsi ilə əlaqədar olaraq AzVİF-in təqvim planı əsasında martın 30-31-də Qala qəsəbəsi və Velopark ərazisində keçirilməli olan Kriterium üzrə Bakı çempionatının I turu təxirə salınıb.
Qeyd olunan yarış aprel ayının 6-7-də keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !