Emin Ağalarov “Tarqovu”da çıxış edəcək

Populyar müğənni və bəstəkar Emin Ağalarov dekabrın 19-da "Nargis" fondunun təşkilatçılığı ilə keçirilən "Soyuq Əllər, İsti Ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasına qatılacaq.
buro247.az-ın yaydığı məlumata görə, saat 20:30-da müğənninin avtoqraf-sessiyası, 21:00-da isə yarmarkanın səhnəsində çıxışı olacaq.
Xatırladaq ki, dekabrın 31-dək davam edəcək "Soyuq əllər, İsti ürək" xeyriyyə yarmarkasından əldə olunan vəsait ənənəyə uyğun olaraq, müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər