Kamran Razmovar: Məni məktəbdə qızlar sevmirdi.. - MÜSAHİBƏ

Aktyor Kamran Razmovarı çoxları brend adam adlandırır. Bu adam öz işgüzarlığı hesabına həyatda böyük ugur qazanib. Şoumen, ugurlu biznesmen, agıllı adam, peşəkar piar ustası kimi məşherlaşıb. Bəs görəsən bütün bunları Kamran Razmovar necə əldə edib: .
- Kamran necə oldu ki, Siz şou biznesə gəldiz?
- Mənim həyatım bir neçə vacib mərhələyə bölünür. Həyatımın 27 və 55 saylı məktəblərdə oxuduğum sovet dövrü heç də ugurlu olmayıb. Mən fiziki baxımdan çox zəif olduğumdan məni ikinci sort adam hesab edirdilər, qızlar məni sevmirdi, bacım və qardaşım yox idi, məni heç kim müdafiə etmirdi. Ona görə məktəbdə səsimi cıxartmırdım. Xüsusilə yuxarı siniflərdə çox çətin idi. Oxumağı da sevmirdim. Bununla belə ingilis dili, tarix və xüsusilə ədəbiyyata fikir verirdim. Kinomotoqrafla baglı hər bır şeyi oxuyurdum.
- Bəs biznesə necə gəldiniz?
- Məktəbi bitirəndən sonra sözün həqiqi mənasında avara qalmışdım. Bilmirdim nə ilə məşğul olum. Məni hətta əsgər belə aparmadılar.
- Niyə?
- Mən uşaq olanda əlimdə stəkan yıxılmışam və şüşə əlimin əsas damarlarınıi kəsib. Əlimi demək olar ki, yenidən bərpa ediblər. Odur ki, fikir versəz bir əlim o birindən kiçikdir. Sol əlimdə barmaqlar sağ əlimdən daha uzundur. Odur ki, haqlı olaraq məni əsgər aparmadılar. Ailədə yeganə uşaq olsam da müstəqil olmağa can atırdım. Bu səbəbdən ali məktəbə sənəd vermədim. Magazada satıcı işləməyə başladım. Bir neçə dükanda işlədim və nəhayət indiki Heydər Əliyev sarayının kassasinin yanındakı magazada işə düzəldim. Burada bir dondurma bişirən aparat alıb mənə tapşırdılar. Dondurma düzəldib camaata satırdım. Mən həyatımın bu dövrü ilə fəxr edirəm. Bəxtim onda gətirdi ki, bu obyektin üstündə məşhur aktyorumuz Yaşar Nürı yaşayırdı. Biz onunla tez-tez söhbət edirdik. O, məndən dondurma almasa da mağazadan alver edir, mən isə onun yükünü yuxarı evinə qaldırırdım. Onun evində oturub saatlarla söhbətləşirdik. Bir gün o, mənə dedi ki, Kamran sənin yerin teatrdır. Sən mütləq teatrda işləməlisən. Dondurma satmaq sənlik deyil. Bir gün qabagıma bir elan çıxdı. Elanda deyilirdi ki, Gənc tamaşaçılar teatrı nəzdində məktəbə qəbul keçirilir. O vaxta qədər mən artıq Şən Hazırcavablar Klubunda və yəhudilərn "Soxnu"t təşkilatında çıxışlar etmişdim. Müəyyən təcrübəm var idi. İmtahan verdim və teatr yanında məktəb studiyaya qəbul olundum. Yəhudilərdən bu arada həm də yaxşı araq içməyi öyrənmişdim.
- Yəhudilərlə qohumlugunuz varmı?
- Əsla yox. Razmovar təmiz fars və kürd mənşəli soyaddır. Əsla təxəllüs deyil. Heç babalarımdan belə soyadımızın nə demək olduğunu öyrənə bilmədim.
- Bəs nə vaxtdan pul qazanmağa başladınız?
- İlk vaxtlar təcili yardımda çalışan anam mənə kömək edirdi.Onun verdiyi pul ancaq yoluma catırdı. Daha sonra 1999-cu ildə uşaq bayramları təşkil edən "Orlin” şirkəti məni öz truppasına animator işinə dəvət etdi. Orada artıq Azər Axşam , Nicat Kazımov və başqa məşhur sehrbazlar çalışırdı. Mən supermen paltarında çıxış edirdim. 90-ci illərin sonunda anladim ki , toy və banketlərdən fərqli olaraq uşaq animasiyasından yaxşı gəlir əldə etmək olar. Bu sahədə cəmi 3 aktyor çalışırdı və mən animatorluq etməyə başladım. Günə 20 dollar pul qazanirdim. Özü də bu pulu tam qanunla, vergini ödəməklə ayırırdılar. O zaman üçün bu yaxşı pul idi. 300-400 manat alanlar həyatlarından çox razı idi, 600 dollar alanlar isə sevinirdi. Mən də özümü çox xoşbəxt hiss edirdim.
- Bununla yanaşı Siz "Can studiya” magazasinı acdız. Bu Sizin ilk biznesiniz idi? Necə oldu ki, teatr işçisi mağaza sahibi oldu?
- Mən 1999 cu ildə Gənc Tamaşaçıar Teatrından və 2004-cü ildə Rus Dram Teatrından aralanandan sonra xeyli boş vaxtım qalırdı və bu vaxtı nəyə isə sərf etmək lazım idi. Bir yaxın qohumum mənə pul verdi, şərik tapdım. DVD mağazası , gül dükanı və hətta kiçik kafe açdıq. Mən bu işə həvəslə girişmişdim. Səhər 5-də gül dukanı üçün gül alırdım , 10.00-da DVD üçün qaçırdım , 11.00-da biskvit satırdıq.
- Bu yerdə daha ətraflı Sizə kömək edən qohumunuz barədə danışmağınızı xahiş edəcəm. O, Sizə nə qədər pul verib, belə qohumu necə tapdız, onu necə inandırdız və Siz bu pulu qaytardınızmı?
- Əvvəla bütün qohumları sevmək, ciddi olmaq və səhv etməmək lazımdır. Bu keyfiyyətlərim onda mənə qarşı hörmət yaratdı. O, müsiqini sevirdi. Odur ki, DVD magaza və studiya acmagı təklif etdim və biz şərik olduq. Qohumum mənə 10 min manat verdi. Bu pul magaza açmaga çatdı və hətta ilk vaxtlar mən işçilərə əmək haqqını uşaq bayramlarından qazandığım pulun hesabına ödəyirdim.
İndi o illəri yaradıcılığa deyil biznesə həsr etməyimə görə peşmanam. Adam bir işlə məşğul olmalıdır. Mən demirəm ki, yaradıcılıqda pul yoxdur və yaradıcılıq biznes deyil. Sadəcə adam özünü bir işə həsr etməlidir. Məncə bu yaradıcılıq olsaydı daha yaxşı olardı . Aparıcı və animator dükan işlətməklə məşgul olmalı deyil. O sərmayə qoyub qıraqdan işə nəzarət də edə bilər.
- Rus dilli yaradıcı adamın Azərbaycanda perspektivi varmı?
- Azərbaycanda yaradıcı adama pul qazanmaq ucun yalnız ideya lazimdir. Təəsüf ki, bizdə adamlar yeni ideya axtarmaq istəmirlər. Ceynənmiş yollarla pul qazanmağa ustunluk verirlər. Lal, kar, əlsiz və qolsuz adam qoca nənəsindən 2 min alıb, hər hansı ölkədən meymun gətirsə, adını Çiçi qoyub şəklini facebook-da yerləşdirsə günə 200, aya isə altı min manat qazana bilər. Sənin 2 pələng balası və ya 3 pudel cinsindən itin olsa isə qazancını 10 min manata kimi artıra bilərsən.
- Bəs Siz niyə bu yolla pul qazanmırdız?
- Mən bunu etmirəm çünki mən sirk ustasi deyiləm. Mən aparıcıyam, studiyam , pulsuz kurslarım var və 15 tələbəyə dərs deyirəm
- Siz spesifik və eyni zamanda qapalı adamsız və heç kimi öz daxili aləmininizə buraxmirsız. Belə şayə gəzir ki, Siz keçmişdə alkoqolik olubsuz.....
- Mən 3 asılılıqdan müalicə olunmusham. Onlardan biri də alkoqoldan asılılıq idi. Ciddi müalicə olunurdum . 1996 –cı ildən 2002 -ci ilə qədər alkogolik olmuşam. Spirtli içkiləri litrlə, tonla icirdim. Mənə heç kim hörmət etmirdi, pulsuz idim, kökəlmişdim. Anam kömək etdi və mən alkoqoldan xilas oldum . Digər asılılıq heç bilmədim necə yarandı. Mən qəlyana aludə oldum. Siqaret cəkməyən adam qəlyansız qala bilmirdim. Paralel məndə redbull asılılğı yarandı. Qəlyan çəkəndə əllərim əsirdi redbull isə bədəni tonusda saxlayır , işə getmək üçün formada qalmağa komək edirdi. Bir ara yaman bogulurdum və qərara aldım ki , bundan müalicə olunum. Mən ümumiyyətlə tez asılı vəziyyətə düşürəm. Adamlara da eynilə öyrəşirəm. Qadın üstündə başımı belə itirə bilərəm.
- Bəs asılılıqdan necə qurtardız?
- Bax biz indi bahalı avtomobildə oturub söhbət edirik. Bir müddət qabaq mənim üçün bu maşın əfsanə kimi görünürdü. İndi isə onu ala bilərəm. O zamanlar "Jiquli”də gəzən , bahalı paltarlar geyinən və qızlarla əylənən oğlanlara baxanda bir gün özümə sual verdim məndə niyə bütün bunlar olmasın ? O zaman anladım ki asılılıqdan qurtarsam bütün bunlara nail ola bilərəm. Vay o günə ki, adamm pis adamdan asılılığı yarana. Bu hər şeydən pisdir. Pis adam sənin qanını içəcək və öldürməyənə kimi əl çəkməyəcək. Sevəndə də yaxşı adamı sevmək lazımdır. İçkini atan kimi pul qazanmağa başladım, daha sonra maşin aldım. Uzun müddət müalicə olundum, cürbəcur iynələr vurdurdum, bir aydan sonra alkoqola nifrət etdim və ayağa qalxdım.
- İndi Siz 3 uşaq atası, biznesmen və ugurlu adamsız. Kimsə deyəndə ki, həyatda nə isə əldə edə bilmir mən facebook-u acıb Sizi göstərmək istəyirəm. Siz həm də yaxşı PR mütəxəssizsiz. Sizcə Azərbaycanda özünü PR etmək üçün nəyə malik olmaq lazımdır?
- Yaxşı PR üçün adama iki şey lazımdır. Facebook-da akaunt və internet.
- Şou biznesdə indi qaydalar necədir? Necə yaxşı pul qazanmaq olar?
- Indi adamlar əsasən səhv olaraq dostlarına güvənirlər. Amma özünə güvənmək lazımdır ki, bu döyüşdə ugur qazanasan. Dost sabah evlənə və vaxtı olmaya bilər. Ən uzagı yad adama güvənin ki , sabah hər hansı iradınız olanda onunla dalaşa , məhkəməyə verə biləsiz. Qətiyyən qohumla iş görməyin.
- Nə üçün biz Rusiyanın şou biznes bazarına gürcü və ermənilərdən fərqli olaraq girə bilmirik?
- Belə bir müqayisə aparım. Tutaq ki, küçənin bir tayında bir magaza var və Siz oradan hər şey alıb doyunca yeyirsiz. Küçənin o biri tayında isə bu taydakından dəfələrlə böyük magaza görürsüz, amma ora girmək üçün çox təhlükəli bir avtomobil yolunu keçməlisiz. Ora keçib keçməyəcəyiniz də böyük risk altındadır. Ora ancaq ən bacarıqlılar keçə bilir. Bu tayda tox ola-ola o yolu keçərsinizmi?
- Mən iki il qabaq Çində olanda Üzeyir Mehdizadənin mahnılarını sevən çoxlu turkmən, özbək və başqa millət sahiblərilə rastlaşdım. Mənə xoş oldu ki, bu adamlar ölkəmizi bəstəkar Üzeyir vasitəsilə tanıyır. Amma eyni zamanda bizim ölkədə Üzeyiri bəzən səviyyəsiz adlandırırlar....
- Siz soruşdunuzmu onu nə üçün sevirlər? Səsinə görə, sözlərinə görə, ya musigisinə görə. Siz qaranlıqda suya işıq salıb boş qarmağa belə balıq tuta bilərsiz. Əsas odur ki, işıq salmaq ağlınıza gələ. Bax Üzeyir də insanların ürəyinə necəsə yol tapıb, iti qarmağı var və onları qarmağa keçirə bilib.
- Nə üçün biz Rusiya şou biznes bazarını partlada bilmirik, qarmağa keçirə bilmirik?
- Çünki bizdə lazımi mərmi yoxdu. Bizim arzumuz toylarda oxumaqdir. Bizdə 1000 nəfərə 2000 toy düşür və bu bizə bəs edir.
- Azərbaycanda Sizin biznesinizlə əlaqəli hansi biznes yaratmaq olar?
- Ən yaxşı sirk şou biznesi ilə məşğul olmaqdır. Cindən və ya Ukraynadan 10 sirk ustası gətiib Azərbaycanda yerləşdir, sənin müştərilərinin sayı sonsuz olacaq. Çünki bizə sirk ustaları gəlib getsə də Azərbaycanda oturan belə artistlərimiz yoxdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 