• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Polis əməliyyat keçirdi - Zeynəb Xanlarovanın bacısı oğlu həbs olundu

Polis əməliyyat keçirdi - Zeynəb Xanlarovanın bacısı oğlu həbs olundu
25.12.2020 11:04
Türkan qəsəbəsində 2 ahıl qadının əmlakının saxtakarlıqla ələ keçirilməsinə rəhbərlikdə suçlanan Daşqın Nəsirov polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumatı "Yeni Müsavat”a təsdiq edib.

E.Zahidov bildirib ki, keçiriıən əməliyyat axtarış tədbiri nəticəsində Daşqın Nəsirovun gizləndiyi yer məyyən edilib və o, tutularaq istintaq orqanına təhvil verilib. Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlər düzəltməklə məşhur iş adamı "Bridge Group of Companies” şirkətlər qrupunun, "Bridge Plaza” biznes mərkəzinin (Azservice) və "Global Interiors Group” şirkətinin təsisçisi Yaqub Hüseynova satıb. Məsələnin üstü açılandan sonra bəlli olub ki, Xumara Şabanova sağ ikən onun adına ölüm kağızı alınıb. Rəsmi sənədlərdə övladlarının sayı gizlədilməklə cəmi 1 övladı olması göstərilib.
 
Ardından isə həmin övladından işə düzəltmək adı ilə baş etibarnamə alınıb. Qadının övladını əmin ediblər ki, Çingiz Səfərovun adına baş etibarnamə verdikdən sonra onu tez bir zamanda işə düzəldəcəklər. Əslində isə Şabanovanın ölüm kağızı əlavə edilməklə, övladının onun yeganə varisi olması göstərilməklə və Çingiz Səfərovun adına verilmiş baş etibarnamədən istifadə edərək Şabanovanın sərəncamında olan bağ torpaq sahəsi ələ keçirilib və satılıb.
 
Məsələnin üstü açılandan sonra əvvəlcə Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, ardından iş materialları Bakı Şəhər Prokurorluğuna göndərilib. İstintaq zamanı cinayətin qrup şəkilində törədilməsi, Əzizəxanım Atayeva və Xumara Şabanovadan savayı 10-a yaxın Türkan sakininə qarşı analoji cinayət törədilməsinə dəlalət edən faktlar ortaya çıxıb. Bundan sonra iş materialları Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinə göndərilib. Hazırda istintaq davam edir.

"Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda Türkandakı torpaq mafiyası ilə əlaqədar aparılan istintaqda Xəzər rayonunun sabiq başçısı Vaqif Həsənovun da adı keçir. Bildirilir ki, o, Türkan qəsəbə sakini Ağasadıq Vəlibəyovun bağ torpaq sahəsini saxta sənədlərlə ölkədə tanınan iş adamları olan qardaşlara satıb. İddia olunur ki, Ağasadıq Vəlibəyova məxsus torpaq sahəsinin alqı-satqısında Daşqın Nəsirovun, Rahil Babayevin və Çingiz Səfərovun iştirakı da araşdırılır.

E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat”
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netflix Ermənistanda serial çəkəcək
Mədəniyyət 18:23
Netflix Ermənistanda serial çəkəcək
Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
Mədəniyyət 05:59
Natiq Əliyev İtalyanın ali mükafatına layiq görülüb
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Mədəniyyət 14:15
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
Mədəniyyət 16:59
Olmayan kinonun bayramından danışmaq olmaz - Aktyorlar və rejissorlar gileylənir...
Sonuncu dəfə nə vaxt muzeyə getmisiniz?- SORĞU/VIDEO
Mədəniyyət 22:07
Sonuncu dəfə nə vaxt muzeyə getmisiniz?- SORĞU/VIDEO
Avropa Birliyi  “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal  - YENİLƏNİB
Mədəniyyət 16:09
Avropa Birliyi “Odda - İki bacı” filminin nümayişini təxirə salıb - Qalmaqal - YENİLƏNİB
Rəhim Rəhimli vəfat edib - SƏBƏB
Mədəniyyət 08:09
Rəhim Rəhimli vəfat edib - SƏBƏB
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Mədəniyyət 12:18
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
Azərbaycanda ilk Etno-Art
Cəmiyyət 12:16
Azərbaycanda ilk Etno-Art "Xəzər" muzey mərkəzi- FOTO/VIDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol